Nida Xəbər
Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi Azərbaycan-Türkiyə münasibətlərinə qarşı yönəlmiş qərəzli və məqsədyönlü paylaşımların aşkarlandığını açıqlayıb.
Publika.az xəbər verir ki, mərkəzin sosial şəbəkə hesabında yayımlanan bəyanatda bəzi beynəlxalq media orqanlarında və sosial şəbəkələrdə iki ölkə arasındakı möhkəm əlaqələri, strateji müttəfiqliyi və “Bir millət, iki dövlət” prinsipini hədəfə alan materialların yayıldığı bildirilib.
Qeyd olunub ki, bu cür paylaşımlar Türkiyə və Azərbaycan arasında tarixən formalaşmış dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməyə, eləcə də regionda sülh və sabitliyi pozmağa hesablanmış informasiya manipulyasiyasının tərkib hissəsidir.
“Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət və sarsılmaz qardaşlıq bağları əsasında qurulan münasibətlərini bütün sahələrdə qarşılıqlı əməkdaşlıq şəraitində inkişaf etdirirlər. Ölkələr arasında strateji tərəfdaşlıq, birgə təşəbbüslər və həyata keçirilən əməkdaşlıq layihələri fonunda manipulyativ bəyanatlarla ictimai rəyi çaşdırmaq cəhdləri nəticə verməyəcək”, – deyə açıqlamada vurğulanıb.
Mərkəz ictimaiyyəti psixoloji müharibə məqsədi daşıyan bu kimi materiallara inanmamağa, məlumatları yalnız rəsmi qurumların açıqlamaları əsasında qiymətləndirməyə çağırıb.
-
Nida Xəbər 06:16Türkiyədən Azərbaycanla bağlı yayılan paylaşımlara sərt reaksiya
-
Region03:43İranda partlayış oldu, polis rəisinin müavini öldü
-
Qoroskop01:20Günün ulduz falı: Pul itkilərinin qarşısını almaq üçün tədbirlər görməlisiz
-
Kriminal9 Oktyabr 19:40Azərbaycanda övladlarına işgəncə verən ana və ögey ata həbs edildi
-
Dünya9 Oktyabr 19:30Türkiyəli iş adamının evinə silahlı basqın: 820 min dollarlıq sərvət oğurlandı
-
Elm və təhsil9 Oktyabr 18:30Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - Rəsmi
-
Hadisə9 Oktyabr 18:20Ceyranbatanda çoxmərtəbəli yaşayış binasında yanğın - Foto/Video/Yeniləndi
-
Rəsmi xronika9 Oktyabr 15:44Türkmənbaşıda Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirildi - YENİLƏNDİ















.jpg)
.jpg)















.jpg)


