Nida Xəbər
Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
Xəbər verildiyi kimi, Azərbaycanda aprelin 1-dən kartdan- karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib.
Publika.az xəbər verir ki, Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatları üzrə xidmət haqları köçürülən vəsaitin məbləğinə uyğun müəyyən edilib.
Milli valyutada həyata keçirilən əməliyyatlara görə aşağıdakı xidmət haqları tətbiq ediləcək:
- 100 manatadək köçürmələr – 3 qəpik;
- 100,01–1000 manat – 10 qəpik;
- 1000,01–10 000 manat – 50 qəpik;
- 10 000,01–40 000 manat – 2 manat;
- 40 000 manatdan yuxarı – 4 manat.
Hökumət Ödəniş Portalı üzrə göndərilən ödəniş sərəncamlarının icrasına görə isə tarif dərəcəsi aşağıdakı kimi olacaq:
- 100 manatadək köçürmələrdə – 3 qəpik;
- 100,01–1000 manat – 10 qəpik;
- 1000,01–10 000 manat – 1 manat;
- 10 000,01–40 000 manat – 4 manat;
- 40 000 manatdan yuxarı – 8 manat tutulma olacaq.
Dollarla edilən ödənişlərə də tarif dərəcəsi müəyyən edilib:
- 100 dollara qədər köçürmələrdə - 0.2 dollar;
- 100.1 – 1000 dollar – 0.5 dollar;
- 1000.1 – 10000 dollar – 2 dollar;
- 10000.1 – 40000 dollar – 10 dollar;
- 40000.1 dollardan yuxarı – 20 dollar tutulma olacaq.
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"






.jpg)





























