Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
Bizi izləyin

Nida Xəbər

Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək

Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Azərbaycana səfər edəcək.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb.

Hakan Fidan Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Dövlət və Hökumət Başçıları Şurasının 7-ci Zirvə toplantısında iştirak edəcək. Fidan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

Zirvədə regional əməkdaşlıq, rəqəmsallaşma, dayanıqlı inkişaf və təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir. Tədbir çərçivəsində “Bakı Bəyannaməsi”nin qəbul edilməsi də nəzərdə tutulur.

Nazirin zirvə çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirməsi də planlaşdırılır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm