Nida Xəbər
Həbs edilən polkovnik Ceyhun Həsənovun yaxın adamı imiş - Rüşvətin məbləği bilindi
Penitensiar Xidmətin Kadrlar İdarəsinin sabiq rəisi, polkovnik Əflatun Məmmədovun həbs edilməsi ilə bağlı xəbər vermişdik.
Publika.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, polkovnik 330 min manatdan çox rüşvət almaqda ittiham olunur.
Bu korrupsiya cinayəti əsasən 2018-2022-ci illərdə baş verib. Həmin illərdə Penitensiar Xidmətə general-leytenant Ceyhun Həsənov rəhbərlik edirdi.
Əflatun Məmmədov Xidmət rəisinin ən yaxın adamlarından biri olub, elə bu yaxınlığa arxayın olaraq da bir neçə nəfərdən rüşvət alıb. O, ədliyyə orqanlarında işə düzəlmək və bəzilərinə leytenant rütbəsi verilməsi üçün pul alıb. Müraciət edən şəxslərdən 450 min manatdan çox rüşvət tələb edib, onun 330 mindən bir qədər artığını əldə edə bilib.
Bir neçə nəfərin işə qəbulu üçün Xidmət rəhbərliyinə təklif verəcəyini deyərək 30, 35, 40, 45, 55, 60 min pul alıb. Ən böyük məbləğdə pul isə Penitensiar Xidmətin Müalicə müəssisəsinin sabiq rəis müavini Elxan İsgəndərovdan alınıb. O, İsgəndərovdan cəzaçəkmə müəssisələrindən birinə rəis təyin olunması üçün 200 min manat istəyib, yekunda 80 min manat alıb.
İdarə rəisi axırıncı dəfə - 2025-ci ildə bir nəfərdən Penitensiar Xidmətin inzibati binasındakı idarələrdən birinə təyinatı üçün 30 min manat pul alıb. Bu da onun son “işi” olub. Bu məsələdən sonra vəzifəsindən azad edilib.
Toplanmış çoxsaylı sübutlar əsasında Əflatun Məmmədov cinayət məsuliyyətinə cəlb edilib, ona qarşı Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi rəisinin həbs tələbi ilə bağlı təqdimatını məhkəmə əsaslı hesab edib. Qərara əsasən, Ə.Məmmədov barəsində 2 ay 10 günlük həbs qətimkan tədbiri seçilib.
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi














.jpg)





















