Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
Bizi izləyin

Nida Xəbər

Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO

Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərlə söhbət edərkən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ona zəng edib.

Publika.az xəbər verir ki, erməni siyasətçi İrəvanda keçirilən COP-17 iqlim sammiti çərçivəsində Bakı ilə münasibətlərin normallaşdırılmasını müzakirə edərkən Hacıyev ona zəng edib. Lakin o, kamera qarşısında zəngə cavab verməyib.

"Yeri gəlmişkən, Hikmət Hacıyev zəng edir. Mən brifinqi bitirib ona cavab verəcəyəm", - Simonyan deyib.

"Armenian News" müxbiri Simonyandan Azərbaycanın COP17-də niyə iştirak etmədiyini soruşub.

Simonyan bildirib ki, Ermənistan da 2019-cu ildə Bakıda keçirilən sammitdə iştirak etməyib:

“Onlar da bizim kimi ölkə daxilində müəyyən məsələləri izah etməkdə çətinlik çəkirlər. Amma bunu münasibətlərə proyeksiya etmək olmaz, heç bir gərginlik yoxdur və gözlənilmir".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm