Nida Xəbər
Ceyhun Bayramov BMT Turizmin Baş katibi ilə görüşdü
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan BMT Turizmin (UN Tourism) Baş katibi Şeyxa Əl-Nuveys ilə görüşüb.
Bu barədə Publika.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə, Azərbaycan ilə BMT Turizmi arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri, Azərbaycanın zəngin turizm potensialının beynəlxalq səviyyədə təşviqi, turizm sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də Azərbaycanın beynəlxalq turizm platformalarında iştirakının genişləndirilməsi məsələləri müzakirə olunub.
C. Bayramov Baş katibə sözügedən vəzifəyə seçilməsi münasibəti bir daha təbrik edib və ona uğurlar arzulayıb. Azərbaycanın beynəlxalq turizm əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verdiyini qeyd edib. Azərbaycanın əlverişli coğrafi mövqeyi, zəngin tarixi-mədəni irsi, müxtəlif təbii landşaftları, müasir infrastrukturu və qonaqpərvərlik ənənələrinin Azərbaycanın regional və beynəlxalq turizm məkanında cəlbediciliyini artırdığı vurğulanıb.
Azərbaycanın turizm potensialının müxtəlifliyi diqqətə çatdırılaraq, ölkədə mədəni irs, şəhər, ekoturizm, kənd, dağ, sağlamlıq, qış və işgüzar turizm istiqamətlərinin inkişafı üçün mövcud imkanlar qeyd edilib.
Azərbaycanın zəngin mətbəx mədəniyyətinin və milli kulinariya ənənələrinin ölkənin turizm imkanlarının beynəlxalq səviyyədə təşviqində mühüm rol oynadığı görüş zamanı bildirilib. Qastronomik turizmin Azərbaycanın mədəni irsinin, milli adət-ənənələrinin və qonaqpərvərlik mədəniyyətinin tanıdılmasına verdiyi töhfələr qeyd olunub.
Azərbaycanın turizm sahəsində həyata keçirdiyi proqramlar və təşəbbüslər, turizm infrastrukturunun təkmilləşdirilməsi, beynəlxalq nəqliyyat və bağlantı imkanlarının genişləndirilməsi, həmçinin ölkənin müxtəlif turizm məhsullarının xarici bazarlarda tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Görüş zamanı işğaldan azad edilmiş ərazilərin zəngin tarixi-mədəni irsi və turizm potensialı da diqqət mərkəzində olub. Həmin ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, mədəni və dini irsin qorunması, eləcə də yeni turizm istiqamətlərinin formalaşdırılması barədə məlumat verilib.
Baş katib Şeyxa Əl-Nuveys Azərbaycanın təşkilatda fəal üzvlüyünə görə təşəkkür edib, təşkilatın bir sıra planıarı və prioritetləri barədə geniş məlumat təqdim edib.
Görüşdə, həmçinin digər qarşılıqlı maraq doğuran sahələr ətrafında fikir mübadiləsi aparılıb.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?














.jpg)


.jpg)

















