Nida Xəbər
Fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik
Naxçıvan Muxtar Respublikasında fəxri adlara görə verilən aylıq təqaüdün məbləğini Nazirlər Kabineti müəyyən edəcək, ödənişləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Publika.az xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasının fəxri adları haqqında” qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarında əksini tapıb.
Qərara əsasən, fəxri adlara görə aylıq təqaüdün məbləğinin müəyyən edilməsi ilə bağlı səlahiyyət Nazirlər Kabinetinə həvalə olunub.
Təqaüdlərin Naxçıvan Muxtar Respublikasının büdcəsində bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsi səlahiyyətini isə muxtar respublikanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirəcək.
Beləliklə, fəxri adlara görə aylıq təqaüdün məbləğinin müəyyənləşdirilməsi və onun ödənilməsi üzrə səlahiyyətlər iki dövlət qurumu arasında bölüşdürülüb.
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir
-
Tarix09:543800 il əvvələ aid borc dəftəri tapıldı: Hesab pivə ilə də bağlanırmış - FOTO
-
Hadisə09:48Elşən Usubov həbs olundu
-
Nida Xəbər 09:12Turan Əliyevə İsveçdə vəzifə verildi - FOTO
-
ABŞ09:00Bir milyon dollarlıq çeklə çəkilmiş fotosu başına bəla oldu - FOTO
-
Region08:48Pezeşkian Xameneinin məzarı önündə diz çöküb ağladı - VİDEO




































