Tarixdə ilk: Pakistanlı astronavt artıq kosmosdadır - FOTO
Bizi izləyin

Dünya

Tarixdə ilk: Pakistanlı astronavt artıq kosmosdadır - FOTO

Tarixdə ilk: Pakistanlı astronavt artıq kosmosdadır - FOTO

Pakistan ilk dəfə kosmosa astronavt göndərib. Pakistanlı astronavt Məhəmməd Zeyşan Əli və iki çinli astronavt yerli vaxtla saat 08:18-də Jiuquan Peyk Buraxılış Mərkəzindən "Long March-2F" daşıyıcı raketi vasitəsilə "Shenzhou-24" kosmik gəmisi ilə uğurla kosmosa çıxıblar.

Publika.az xəbər verir ki, ekipajda kosmik gəminin komandiri Tanq Honqbo, uçuş mühəndisi Vu Yi və yük mütəxəssisi kimi pakistanlı Məhəmməd Zeyşan Əli yer alıb.

Məlumata görə, “Shenzhou-24” kosmik gəmisi təxminən 3,5 saatlıq səyahətdən sonra Çinin Tianqonq Kosmik Stansiyasına birləşib. 40 yaşlı keçmiş qırıcı pilotu Əli, Çinin kosmik proqramının bir hissəsi olaraq Tianqonq Kosmik Stansiyasına baş çəkən ilk xarici astronavt olub.

Çin və Pakistan arasında 2025-ci ilin fevral ayında imzalanmış müqavilə çərçivəsində həyata keçirilən missiya, iki ölkə arasında kosmik sahədə əməkdaşlığı gücləndirməyi hədəfləyir.

Stansiyada təxminən bir həftə qalması gözlənilən pakistanlı astronavtın Çin heyəti ilə birlikdə elmi təcrübələrdə, xüsusən də fotosintetik mikroorqanizmlər üzərində orbital təcrübə aparması gözlənilir. Əlinin qısa missiyasından sonra “Şençjou-23” missiyasının astronavtları Çjan Çjiyuan və Lay Ka-yinq ilə birlikdə Yerə qayıtması planlaşdırılır.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm