Nida Xəbər
Yasamalda evlər söküləcək - Kompensasiya məbləği açıqlandı - FOTO
MİDA Yasamal yaşayış kompleksindən "Kaktus" ərazisinə, Şərifzadə küçəsi istiqamətində birbaşa yeni alternativ yolun çəkiləcəyi ilə bağlı illərdir xəbərlər yayılır.
Həmin ərazidə yaşayan sakinlərin sözlərinə görə, yeni yolun tikintisi ilə əlaqədar bir sıra fərdi evlərin sökülməsi planlaşdırılır. Artıq həmin evlərin üzərinə nömrələr vurulub.
Sakinlər bildiriblər ki, ərazidə evlərin hər kvadratmetrinə görə 2700 manat kompensasiya veriləcəyi deyilir.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc Milli.Az-a açıqlamasında bildirib ki, ərazinin Yasamal rayonunun hansı hissəsində yerləşməsindən asılı olmayaraq, kompensasiya məbləğini Nazirlər Kabineti müəyyən edir.
Onun sözlərinə görə, təcrübə göstərir ki, Yasamal rayonunda yaşayış sahələrinin hər kvadratmetrinə görə kompensasiya məbləği 2300-2700 manat, qeyri-yaşayış sahələri üçün isə bu məbləğ yaşayış sahələri ilə müqayisədə 30-50 faiz daha yüksək müəyyən olunur.
V.Oruc qeyd edib ki, kompensasiya məbləğinin ekspertlər tərəfindən qiymətləndirmə aparılmaqla müəyyən edilməsi daha məqsədəuyğundur.
"Sözügedən ərazi şəhər mərkəzinə kifayət qədər yaxın yerləşir. Həmin ərazinin sökülməsi ilə bağlı qeyri-rəsmi xəbərlər yayılsa da, bu məsələ rəsmi şəkildə təsdiqlənməyib", - deyə o qeyd edib.
-
Hadisə14:06Azərbaycanda tiktoker qadın saxlanıldı
-
Nida Xəbər 12:30Zəngəzur dəhlizində tikinti başladı, ABŞ-dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
-
İdman12:24Dünyanın ən seksual futbolçusunun xəz paltoda cazibədar - FOTOLARI
-
İdman12:00"Sabah" - "Barselona" oyununda evlilik təklifi - VİDEO
-
Dünya11:18Siyasi strateq qiymətləndirdi: Ukraynadan nə qalacaq? – 2029-cu ilə qədər...
-
İdman10:30Dambrauskasla Pokatilov arasında mübahisə: Məşqçi qapıçını nədə ittiham edir? - VİDEO
-
Dünya10:00İran səssiz müharibə ilə üz-üzə: Ölkə qaranlığa qərq olub, 600 min insan...
-
Hadisə08:41Qazaxda partlayış baş verdi: Xəsarət alanlar var - Foto/Video





















.jpg)















