Alimlər uzun və qısa gəzintiləri müqayisə etdi: Hansı daha faydalıdır?
Bizi izləyin

Sağlamlıq

Alimlər uzun və qısa gəzintiləri müqayisə etdi: Hansı daha faydalıdır?

Alimlər uzun və qısa gəzintiləri müqayisə etdi: Hansı daha faydalıdır?

Gün ərzində qısa və müntəzəm gəzintilər qanda şəkərin səviyyəsini tənzimləmək baxımından birdəfəlik uzun gəzintidən daha faydalı ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “Health.com” nəşri “Obesity” jurnalında dərc olunan araşdırmaya istinadən məlumat yayıb.

Tədqiqatda artıq çəkisi və ya piylənməsi olan 30 nəfər iştirak edib. Altı həftə ərzində onların bir qrupu gündə 45 dəqiqə fasiləsiz gəzib, digər qrup isə hər saatdan bir beş dəqiqəlik yürüşlər edib.

Nəticələr göstərib ki, qısa gəzintilər edən iştirakçılarda qanda şəkərin tənzimlənməsi daha yaxşı olub.

Alimlərin fikrincə, bunun səbəbi gün ərzində əzələlərin müntəzəm aktivləşməsidir. Fiziki hərəkət zamanı əzələlər enerji üçün qandakı qlükozadan istifadə edir.

Tədqiqatçılar uzun müddət oturmaq əvəzinə müntəzəm fasilələr verməyin və qısa gəzintilərə çıxmağın qanda şəkərin tənzimlənməsinə kömək edə biləcəyini bildirirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm