SOCAR Fransa şirkəti ilə müqavilə bağladı
Bizi izləyin

Digər

SOCAR Fransa şirkəti ilə müqavilə bağladı

SOCAR Fransanın “Axens” şirkəti ilə dizelin və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilə imzalayıb.

Publika.az şirkətə istinadən xəbər verir ki, mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev və rəhbərlik, “Axens” şirkətinin baş icraçı direktoru Jan Sentenac, satış üzrə direktoru Fabien Lundy, Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

SOCAR prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Heydər Əliyev adına NEZ-in rekonstruksiya və modernizasiyası ilə bağlı işlər çərçivəsində qısa müddət ərzində zavodun illik emal gücünün artırılması və zavodda “Avro 5” standartlarına cavab verən daha yüksək keyfiyyətli neft emalı məhsullarının istehsalı nəzərdə tutulur:

“Bu məqsədlə zavodun ilkin emal, katalitik krekinq və katalitik reforminq qurğularının və ümumi-zavod təsərrüfatının rekonstruksiya edilməsi və bir neçə yeni qurğunun - bitum istehsalı, dizel hidrotəmizləmə, hidrogen istehsalı qurğusu, aminlə təmizləmə, LPG MEROKS, isomerizasiya, naftanın və katalitik krekinqdən alınan benzin fraksiyasının hidrotəmizlənməsi, kükürd istehsalı və s. qurğuların inşası planlaşdırılır. Bununla əlaqədar NEZ-in strukturuna daxil olan qurğular üzrə lisenziyaların alınması və eləcə də layihələndirmə xidmətlərinin yerinə yetirilməsi istiqamətində işlərə başlanılıb və danışıqların nəticəsi olaraq oktyabr-noyabr aylarında müqavilələrin imzalanması nəzərdə tutulur.

Məlum olduğu kimi, yeni tikiləcək bitum qurğusunun lisenziyasının alınması ilə əlaqədar keçən həftə Avstriyanın “Poerner” şirkəti ilə müvafiq müqavilələr imzalanıb. Digər əsas qurğular üzrə lisenziyanın alınması və Texnoloji Layihələndirmə Paketinin hazırlanması istiqamətində aparılmış araşdırma nəticəsində dizelin və benzinin hidrotəmizlənməsi qurğuları üzrə dünyada qabaqcıl təcrübəyə malik Fransanın “Axens” şirkəti lisenziar kimi seçilib”.

Daha sonra qeyd olunub ki, SOCAR uzun müddətdir “Axens” şirkəti ilə əməkdaşlıq etməkdədir, Türkiyədə tikilən STAR neft emalı zavodunun nafta hidrotəmizləmə, dizel hidrotəmizləmə və kerosin hidrotəmizləmə qurğuları “Axens” şirkətinin lisenziyası əsasında inşa edilir.

“Axens” şirkətinin baş icraçı direktoru Jan Sentenac cavab nitqində SOCAR-la əməkdaşlıqdan məmnun olduqlarını bildirib, yeni qurğunun inşası üçün təmsil etdiyi şirkətin lisenziar seçilməsinə görə təşəkkür edib.

Sonra dizelin və benzinin hidrotəmizlənməsi qurğusu üzrə müqavilə imzalanıbr. Sənədi SOCAR tərəfdən H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov, qarşı tərəfdən “Axens” şirkətinin baş icraçı direktoru Jan Sentenac imzalayıb.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm