Digər
Kundera və unutmaq üçün tələsənlər
Dayanıb adamlara baxıram. Hər kəs tələsir. Bu şəhərdə ağır addımlarla gəzən, asta yerişli adam tapmaq çətindir. Yəqin ki, müşahidə edənlər var. Hətta şəhərin mərkəzinə istirahət məqsədilə gələnlər belə harasa qaçır.
Biri başını götürüb evdən qaçır, birisi işdən. Biri bu boz şəhərdə öz sosial problemlərindən qaçır, biri evindəki məişət qayğılarından. Birinin də elə yerişi belədi.
Arvadının isterik davranışlarından qaçan ər, evə hər gün cibi boş? mədəsi araqla dolu gələn ağzısöyüşlü ərdən qaçan arvad. Və bu qarışıqlıqda ailədə özünə dayaq-rahatlıq tapa bilməyib qaçan uşaq.
Aydınlığa ağır addımlarla gedən bu ölkənin adamları, iti addımlarla qaraənəfəs mənzil başına yetişmək çabasında.
Burada “vaxt öldürənlər” adlı cinayətkar dəstə istisna olmaqla, bütün şəhər əhli günün hər saatı tələsməkdə - qaçmaqdadır.
Bilmədik haraya, hayana qaçır...
M. Kundera öz "Astagəllik" romanında ekzistensialist
riyaziyyatdan xatırlatma edir:
"Astagəlliyin dərəcəsi yaddaşın intensivliyi ilə, tələskənliyin
dərəcəsi isə unutqanlığın gücüylə düz mütənasibdir".
Bəli, insan yolda getdiyi zaman, qəfildən kimisə və ya hər hansı bir hadisəni xatırlamağa çalışarkən iradəsindən aslı olmadan addımlarını yavaşıdır. Əksinə, hər hansı xoşagəlməz bir hadisəni və ya şəxsi unutmağa çalışarkən addımlarının surəti də artır.
Onların bu yeyin addımları bir növ şəhərin qulaqbatıran səs-küyündən, irili-xırdalı sosial və ya məişət problemlərindən və zaman etibarı ilə yaxında olan hər növ sıxıntıdan surətlə uzaqlaşmaq qaçışımı?! Yoxsa, xatırlamağın məhvetmə gücünə qadir olduğunu anlamaq hissindənmi?!
Belə olan halda Balzakın “Xatirələr həyatı gözəlləşdirə bilər, amma həyatda ayaq üstə dura bilməyimizin səbəbi unutqanlığımızdır” fikri də yerinə düşməli.
Sürət əsrində yaşamaq çətin olduğu qədər onunla ayaqlaşmaq da vacibdir. Amma bu əsrdə onu yalnız fiziki anlamda – yerişində əks etdirmək də başqa bir problem.
Hara tələsirik? Evə, işə, iclasa, görüşə və s.
Gecikməmək üçün tələsirik. Gecikmək xoş hal sayılmır. Amma cəmiyyət olaraq tələskənliyimiz də diqqətimi çəkəcək qədər həssas mövzudur yəqin.
Mövzu demişkən, elə bu cızma-qaranı elədiyim vaxt yadıma düşdü ki, gecikirəm, tələsməliyəm.
Uğurumuza xeyir. Mənzil başında görüşərik.
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi