Digər
ÇEVRİLİŞ PLANI: Türk kəşfiyyatçılar bir-birinə qarşı döyüşür
Türkiyədə 15 iyul gecəsi dünyanın ən güclü hərbi birliklərindən olan Sualtı Hücum Komandanlığında (SAT) baş verənlərin detalları ortaya çıxıb.
Publika.az “Milliyet”ə istinadən xəbər verir
ki, SAT-ın polkovnik rütbəli komandiri dövlət çevrilişinə cəhd
olduğunu anlayaraq, Ankaranı ələ keçirən qiyamçıların əmirlərinə
əməl etməyəcəyini deyib. Həmin vaxt evlərində olan komandoslar da
birliyə çağırılıb və birliyin qiyamçıların əlinə keçməməsi üçün
tədbirlər görülüb.
Birliyin tərkibində olan 7 zabitin qiyamçılar tərəfində olduğu
ortaya çıxandan sonra SAT komandosları onları həbsə atıb. İlkin
dindirmədə məlum olub ki, SAT komandanlığından 19 nəfər mühafizə
adı altında çevriliş planının idarə olunduğu Akıncı bazasına gedib.
İki SAT komandosu isə Ərdoğana qarşı hazırlanan sui-qəsdə iştirak
edib.
Bütün məlumatlar lazımi qurumlara çatdırılandan sonra Akıncı
bazasından qayıdan 4 komandos həbs olunub.
Birliyin 27 əməkdaşının çevriliş cəhdində iştirak etdiyi məlum
olub. Onlardan 22-si polisə təhvil verilib. Beşi isə fərarilik
edib. Hazırda SAT komandosları fərari olan 5 nəfərin axtarışını
aparır.
Asif
-
Magazin119:50Röya Ayxan lüks villasında ona ad günü keçirdi - VİDEO
-
Nida Xəbər 19:45Prezident Xocavənd rayonunun Quzeyxırman kəndində oldu - FOTO/YENİLƏNDİ
-
Magazin219:30Məşhur teleulduz gənc və təravətli qalmaq üçün QAN İÇİR - VİDEO
-
Sosial18:30UEFA reytinqi: Azərbaycan klubları neçəncidir?
-
Region17:50Paşinyan keçmiş deputatlardan niyə milyonlarla təzminat tələb edir?
-
Ekologiya16:50Alimlərdən xəbərdarlıq: İstixana qazı emissiyaları azaldılmasa...
-
Nida Xəbər 15:36İlham Əliyev Şuşanın Qarabağ küçəsində həyata keçirilmiş işlərlə tanış oldu - FOTO
-
Region15:33Bələdiyyə işçiləri saxlanıldı, sədrin həbsinə order verildi



















.webp)










