Digər
Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri ilə görüşdü
Mayın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşüb.
Mehriban Əliyeva qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu
bildirərək, həm Azərbaycan dövlətinin, həm də Heydər Əliyev
Fondunun UNESCO ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd
edib.
“Mənim üçün şərəfdir ki, 10 ilə yaxındır UNESCO-nun xoşməramlı
səfiriyəm”, – deyən Azərbaycanın birinci xanımı əlaqələrimizin
ildən-ilə daha da genişlənərək yüksək səviyyəyə çatdığını
bildirib.
Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər ölkələrdə də
UNESCO ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran
Mehriban Əliyeva əminliklə vurğulayıb ki, bu əməkdaşlıq gələcəkdə
də inkişaf etdiriləcək və yeni layihələr reallaşdırılacaq.
Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Hao Pinq
UNESCO-nun baş direktoru İrina Bokovanın və təşkilatın xüsusi
elçisi, Çinin birinci xanımı Pen Liyuanın salamlarını Mehriban
Əliyevaya çatdırıb.
Hao Pinq Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun UNESCO ilə birgə elm, təhsil və mədəniyyət
sahələrində həyata keçirdiyi layihələrlə əlaqələrin inkişafına
böyük töhfə verdiyini diqqətə çatdırıb.
Qonaq ölkəmizin və paytaxt Bakının inkişafından məmnunluğunu
vurğulayıb.
-
Nida Xəbər 15:58
Fransa daxili işlər nazirinin bu iddiaları əsassızdır - XİN
-
Nida Xəbər 14:40
Almatı danışıqlarının arxasında hansı ölkə var? - Ermənilər qorxuya düşüb
-
Magazin214:05
Məşhur aparıcı tanınmaz halda - VİDEO
-
Sosial13:25
Bakıda ucuz avtomobillər satışa çıxarılır - Siyahı
-
Avropa12:45
Bu ölkə 7 saatlıq iş gününə keçir
-
Cənubi Qafqaz11:25
Ermənistan parlamenti Azərbaycan əleyhinə sənəddən imtina etdi - VİDEO
-
Nida Xəbər 11:10
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Nida Xəbər 10:50
Qazaxla sərhəd kəndin sakinləri şoka düşüblər: Paşinyanla görüşdə onlara nə deyiblər?