Digər
Gürcüstandakı seçkilərdə qalmaqal - Azərbaycanlıları aldadıblar? - MÜSAHİBƏ
Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyasının Marneuli merliyinə namizədi, əslən azərbaycanlı olan Əhməd İmamquliyev Publika.Az-ın Gürcüstana ezam olunmuş müxbirinə özəl müsahibəsində bu gün keçirilən bələdiyyə seçkiləri ilə bağlı ilginc faktlar açıqlayıb.
- Əhməd müəllim, müşahidə etdiyimiz məntəqələrdə seçici
aktivliyi zəifdir. Bunu nə ilə əlaqələndirirsiniz?
- Aktivlik şəhərdə azdır, amma kəndlərdə seçici aktivliyi müşahidə
olunur. Hazırda bəzi bazarlar açıq olsa da, bəziləri bağlanıb. Günü
birinci yarısında insanlar açıq olan bazarlara gedir, bir qrup
insan həftə sonu olduğu üçün şəhərdən kənarda dincəlir. Amma hesab
edirik ki, günün ikinci yarısında seçici aktivliyi
yüksələcək.
- İndiyə qədər hər-hansı qanun pozuntusu ilə bağlı
məlumat almışınız?
- Hələlik yüksək sayda qanun pozuntusu yoxdur. Amma ən böyük
qanun pozuntusu hakim “Gürcü arzusu” koalisiyasının namizədinin
kəndlərə gedərək seçicilər arasında birbaşa təbliğat aparmasıdır.
Bu kifayət qədər böyük qanun pozuntusudur. Buna görə də biz öz
nümayəndə heyətimizi kəndlərə göndəririk.
- Amma “Gürcü arzusu” öz namizədini müxalifətin xeyrinə
geri götürdüyünü açıqlamışdı.
- Xeyr, bu yalandır və çaşdırıcı oyundur. Mən belə düşünürəm ki,
iqtidar bununla bizə qarşı növbəti siyasi addım atır. Bununla aktiv
camaatı sakitləşdirmək və seçkiyə getməsinin qarşısını almaqdır.
Belə addımlar camaatda qələbə çaldıqları düşüncəsini yaradırlar və
nəticədə hər şeyi öz xeyirlərinı çevirmək istəyirlər. Bir tərəfdən
də onların namizədi məntəqələri gəzib insanlara “mənə səs verin”
deyir. Biz bunu bilirik və öz işimizi görüb sona qədər mübarizəmizi
aparacağıq. Onların oyunları alınmayacaq.
- Bununla bağlı iqtidarın yaydığı bəyanat nəyə
əsaslandı?
- Bu sadəcə söz idi. Namizədlərini geri götürdükləri ilə bağlı
heç bir hüquqi sənəd yoxdur və hazırda namizədləri qanuna zidd
olaraq yerlərdə təbliğat aparır.
- Seçkidən öncə keçirilən rəy sorğusunda sizi əhalinin
80 faizindən çoxu dəstəkləmişdi. Siyasi təcrübə göstərir ki, rəy
sorğusu seçkinin nəticələrində də öz əksini tapır. Yəni bu, sizin
üstün olduğunuz deməkdir. Əgər nəticələr əksinə olarsa, hansı
addımları atmağı düşünürsünüz?
- Biz indiən bu barədə qərar verə bilmərik. Atacağımız addımlar
da nəticələrdən sonra olacaq. Biz ümid edirik ki, nəticə bizim
istədiyimiz kimi olacaq. Çünki əhalinin 80 faizindən çoxu bizi
dəstəkləyir və iqtidarın əhalinin iradəsinə zidd gedəcəyinə
inanmırıq.
Asif Nərimanlı
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi