Taner Yıldız: ”Mavi qazın qiyməti düşsə də, TANAP-ın reallaşmasında qərarlıyıq”
Bizi izləyin

Digər

Taner Yıldız: ”Mavi qazın qiyməti düşsə də, TANAP-ın reallaşmasında qərarlıyıq”

BOTAŞ, SOCAR və BP arasında Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi çərçivəsində müqavilə imzalanıb.

Publika.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, mərasimdə Türkiyənin Enerji və Təbii Qaynaqlar naziri Taner Yıldız TANAP-ın siyasi təhdidləri və iqtisadi fürsətləri özündə birləşdirən bir layihə olduğunu deyib: "Xam neftin qiyməti ilə əlaqədar mavi qazın qiymətinin düşməsinə baxmayaraq, biz bu layihədə qərarlıyıq”.

Son dövrdə bəzi şirkətlərin enerji sərmayələrini dayandırdıqlarını deyən T.Yıldız qeyd edib ki, bu layihəyə iqtisadi maneələrdən çox, siyasi maneələr edilib.

O, TANAP-ın ortaqları olan SOCAR və BP-yə güvəndiyini ifadə edib. Nazir layihənin təbiətə zərər verilmədən reallaşdırılacağını da dilə gətirib: “TANAP-ın təməli martın 17-də Türkiyə və Azərbaycan dövlət başçılarının iştirak etdiyi mərasimdə Qarsda atılacaq. TANAP Avropa Birliyi üzvlərinin qaz tədarüküylə əlaqədar çox əhəmiyyətli layihədir”.

BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə bölgə rəhbəri Gordon Birell də Türkiyənin BP üçün strateji ortaq olduğunu deyib: “Türkiyə son 5-10 ildə əhəmiyyətli enerji mərkəzi olub. TANAP-da ortaq olmağımız bizim üçün əhəmiyyətlidir. TANAP həm də Türkiyənin enerji təhlükəsizliyi üçün əhəmiyyətli fürsətdir".

Mərasimdə T.Yıldız jurnalistlərin suallarını da cavablandırıb. O, “Türk Axını” layihəsinin TANAP-a rəqib olmadığını deyib.

“Cənub Axını”nın ləğvindən sonra “Türk Axını” layihəsinə normal yanaşdığını bildirən T.Yıldız “biz TANAP-a ortağıq və 30 faiz paya sahibik. Eyni şəkildə “Şahdəniz"də 468 kvadrat kilometrlik bir sahədə də hissələrimizi artırmışıq. TANAP bizim əlimizdə böyüyür, öz varlığımızdır. Ona rəqib yaratmaq kimi siyasətimiz olmayacaq” deyə bildirib.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm