Digər
Ölkəyə mal əti idxalı artıb, avtomobil idxalı isə azalıb
Ölkəyə mal və quş əti idxalı artıb. Belə ki, 2014-cü ilin yanvar ayı ilə müqayisədə mal əti idxalı 5,2 dəfə, quş əti və əlavə ət məhsulları 3,1 dəfə, kərə yağı, digər süd yağları və pastaları 4 dəfə, təzə meyvə 4,8 dəfə artıb.
Publika.az xəbər verir ki, əvəzində kartof 55,7 faiz, təzə tərəvəz 41,9 faiz, çay 41,3 faiz, bitki yağları 35,3 faiz, xam şəkər və şəkər 58,1 faiz azalıb. Diqqəti çəkən, məişət kondisionerlərinin 56,2 faiz, paltaryuyan maşınların 28,1 faiz, minik avtomobillərinin 34,7 faiz, yük avtomobillərinin idxalının isə 71,5 faiz düşməsidir. İxracın strukturunda isə xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, çay, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, spirtli və alkoqolsuz içkilər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, emal olunmamış gön (təbii xəzdən başqa) və aşılanmış dəri, qara metallar və onlardan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatlar üstünlük təşkil edib.
Onu da nəzərə çatdıraq ki, idxalın strukturunda quş ətinin idxalının artması diqqət çəkir. Belə ki, Azərbaycanda mövcud olan quşçuluq təsərrüfatlarında illik quş əti istehsalı ötən ilin oktyabr ayına olan məlumata görə, 127.5 min ton, yumurta istehsalı isə 1.1 milyard ədəd təşkil etmişdi. Bununla da respublikanın quş ətinə olan tələbatı 92 faiz ödənilmişdi. Lakin quş ətinin istehsalı prosesində kimyəvi maddələrdən istifadə edilməsi ilə bağlı mətbuatda yer alan xəbərlər yerli toyuqlara tələbatı azaldıb.
İqtisadiyyat şöbəsi
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO