“Bitcoin”lə bağlı həyəcanverici proqnoz - Oktyabrda nələr baş verəcək?
Bizi izləyin

Pul

“Bitcoin”lə bağlı həyəcanverici proqnoz - Oktyabrda nələr baş verəcək?

“Bitcoin”lə bağlı həyəcanverici proqnoz - Oktyabrda nələr baş verəcək?

Oktyabr ayında in dəyəri kredit çiyinli mövqelərin çox olması və ABŞ Federal Ehtiyatlar Sisteminin sonrakı addımları ilə bağlı gözləntilər səbəbindən müvəqqəti olaraq 69–74 min dollara enə bilər.

Publika.az xəbər verir ki, bunu Gazeta.ru-ya açıqlama verən “Bitbanker”in maliyyə analitiki Andrey Poroşin bildirib.

O deyib ki, belə bir korreksiyanın yeni uzunmüddətli enişin başlanğıcı olması vacib deyil.

“Yay aylarında təxminən 58 min dollara qədər düşdükdən sonra “Bitcoin” 80 min dolların üstünə bərpa olunub. Artım borc vəsaitlərindən – kredit çiyinindən istifadə edərək uzun mövqelər açan pərakəndə treyderləri yenidən cəlb edib. Kotirovkalar aşağı düşəcəyi təqdirdə, belə mövqelər məcburi şəkildə bağlana bilər. Bu isə bazarın aşağı istiqamətli hərəkətini gücləndirməyə qadirdir.

Əhəmiyyətli sayda stop-əmrlər və likvidasiya səviyyələri 70–78 min dollar diapazonunda ola bilər”, – deyə Poroşin qeyd edib.

Analitik 74–78 min dollara qədər korreksiyanı baza ssenarisi hesab edir. Güclü xarici təzyiq olacağı təqdirdə “Bitcoin” qısamüddətli olaraq 69–74 min dollara enə bilər.

“Mən belə bir hərəkəti ortamüddətli ssenarinin avtomatik olaraq pozulması kimi qəbul etmirəm. Korreksiya bazarı həddindən artıq kredit çiyindən təmizləməyə və sonrakı artım üçün daha dayanıqlı əsas yaratmağa qadirdir. Enişdən sonra likvidasiyaların həcmi və alıcıların qiyməti itirilmiş səviyyələrdən tez bir zamanda yuxarı qaytarmaq qabiliyyəti vacib olacaq. Birinci əsas psixoloji hədəf 100 min dollar işarəsi olaraq qalacaq”, – Poroşin bildirib.

Onun sözlərinə görə, FES-in siyasəti əlavə risk faktoruna çevriləcək. Sentyabr ayında Amerika tənzimləyicisi dərəcəni 0,25 faiz bəndi artıraraq 3,75–4 faizə çatdırıb. Növbəti iclas oktyabrın 27–28-də keçiriləcək. Poroşinin fikrincə, yeni sərtləşdirmə gözləntiləri dolları gücləndirə və riskli aktivlərə olan tələbatı azalda bilər.

Analitik ortamüddətli perspektivdə “Bitcoin”in 100 min dollara, gələcəkdə isə 140–160 min dollara yüksələcəyi proqnozunu qoruyub saxlayır.

Tarixi dövrlülük əvvəlki dinamikanın təkrarlanacağına zəmanət vermir. Yekun qiymət mərkəzi bankların siyasətindən, dünya bazarlarının vəziyyətindən və iri kriptovalyuta sahiblərinin davranışından asılı olacaq, deyə Poroşin söz yekunlaşdırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm