Qadın
Milyarderlər: Dünyanın ən zəngin qadınları bu ölkələrdə yaşayır
Milyardlarla dollarlıq sərvəti olan qadınların çoxunun ABŞ və Çində yaşaması təəccüblü deyil.
Publika.az xəbər verir ki, "City Index"in apardığı araşdırmaya görə, ABŞ-da hazırda Çindən iki dəfə çox qadın milyarder var. "City Index" ticarət provayderi həmçinin dünyanın ən zəngin qadınlarının yaşadığı ölkələrin siyahısını tərtib edib.
Cari il üçün bütün dünyanın ən zəngin qadını Fransanın "L'oreal Paris" şirkətinin sahibi Fransuaza Betankur Meyer hesab olunur. Qadın milyarderlərin sayına görə, ölkələrin ümumi reytinqində Fransanın cəmi 12-ci yerdə olduğunu nəzərə alsaq, Betankurun dünyanın ən varlı qadını adını qazanması olduqca maraqlıdır. 2017-ci ildə Fransuaza "L'oreal" səhmlərinin üçdə birinə sahib olub, həmçinin anasının ölümündən sonra bir neçə mülk ona miras qalıb.

ABŞ-da milyarderlər arasında lider 59 milyard dollarlıq sərvətlə Culiya Koxdur. Ailə başçısının ölümündən sonra "Koch Industries" səhmlərininin 42 faizi Culiya və onun üç övladına miras qalıb. Onu müvafiq olaraq 57,5 milyard dollar və 38,3 milyard dollar sərvəti ilə Elis Uolton və Jaklin Mars izləyir. Ömrünü incəsənətə həsr edən Elis "Walmart" qurucusunun qızı statusu sayəsində varlanıbsa, Jaklin babası, dünyaca məşhur şokolad şirkəti "Mars"ın qurucusu sayəsində qibtə olunası var-dövlət əldə edib.

Bu gün Avstraliyanın ən varlı qadını Cina Raynhart hesab olunur, onun sərvəti 27,1 milyard dollardır. Kapitalına görə Cina, hətta Çinin ən zəngin qadını olan Yan Hueyanı (23,9 milyard dollar) ötüb keçib, - baxmayaraq ki, Çin ölkələr sıralamasında Avstraliyanı xeyli qabaqlayır.

Reytinqdə ilk üçlükdə Almaniya yer alıb. Təəccüblü deyil ki, həm də Almaniyanın ən varlı qadını olan Süzanne Klatten dərman şirkəti "Atlanta AG"yə və "BMW"nin təxminən 20 faizinə sahibdir ki, bu da onun sərvətini 27 milyard dollara çatdırır.

Zəngin qadınların sayına görə ölkələrin tam reytinqi belədir:
1. ABŞ (92)
2. Çin (46)
3. Almaniya (32)
4. İtaliya (16)
5. Avstraliya (9)
6. Hindistan (9)
7. Honq Konq (9)
8. İspaniya (8)
9. İsveçrə (8)
10. Braziliya (7)
11. İsveç (7)
12. Fransa (6)
13. Kanada (6)
14. Danimarka (4)
15. İsrail (4)
Aytən
-
Dünya16:34ABŞ Rusiyaya qarşı Yaponiyaya dəstək verdi: Kuril adaları sizindir!
-
Rəsmi xronika13:52İlham Əliyev fərman imzaladı
-
Region13:31Ərdoğandan hökumətdə böyük dəyişiklik: Bu 4 naziri yola salır
-
Rəsmi xronika13:00Prezident toxumçuluqla bağlı fərman imzaladı
-
Hadisə10:20Kəlbəcərdə mina partlayışında xəsarət alan şəxsin ayağı amputasiya olundu - YENİLƏNDİ
-
Dünya10:15Kiyev Vaşinqtona yeni səfir tapa bilmir - Zelenskinin namizədləri niyə geri çəkilir?
-
Yaxın Şərq09:33ABŞ İrandan əl çəkmir: Vaşinqton blokadanı sonsuza qədər davam etdirəcək
-
İdman08:12Yeddi ay komada qalan boksçu vəfat etdi - FOTO





























.jpg)











