Qarabağ
Ali Baş Komandanın hərbçilərə unudulmaz diqqəti və mühüm mesajları
“Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar”.
Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin yaralı həbçilərlə görüşdə dediyi bu sözlər Azərbaycan dövlətinin indiyə qədər hərbçilərimizə olan və bundan sonra olacaq diqqətinin ifadəsidir.
Xeyr, Prezident vəd vermir, bu, indiyə qədər mövcud olan siyasətin bundan sonra da davam edəcəyi deməkdir.
Vətən müharibəsi başlayanda da, bitəndə də Ali Baş Komandan yaralı hərbçilərlə bir yerdə oldu.
29 sentyabr: Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdü.
11 noyabr: Dövlət başçısı və birinci xanım yenə yaralı həbçilərlə birlikdə idi, qələbə müjdəsini ilk olaraq onlarla paylaşdı.
- Vətən müharibəsində əldə edilən parlaq qələbədə hərbiçilərin zəhmətini və fədakarlığını xüsusi qeyd etdi;
- Onların müalicəsi və xəstəxanadan sonrakı həyatı üçün bütün lazımi tədbirlərin görüləcəyini elan etdi;
Diqqətçəkən məqam Prezidentin hər kəsin bu qəhrəmanları tanıması üçün hərbçilərdən tibbi maskanı çıxarmağı xahiş etməsi idi. Ali Baş Komandan bununla hərbçilərə olan dərin hörmətini və həssas münasibətini nümayiş etdirirdi.
Digər məqam Ali Baş Komandanın yaralı hərbçilərlə birlikdə şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməsi idi. Təsadüfi deyildir ki, Şuşanın azad edilməsi xəbərini də Ali Baş Komandan məhz Şəhidlər xiyabanında çatdırmışdı. Bu xəbəri ilk eşitməyə məhz şəhidlərin haqqı kimi yanaşdı. Ali Baş Komandan ilk dəfə idi ki, hərbi formada Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edirdi.
Dövlət başçısı şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı bütün tədbirlərin görüləcəyini, şəhid ailələrinin evlərlə təmin ediləcəyini elan etdi. İndiyə qədər dövlətin mövcud olan qayğısı bundan sonra daha da artıracaq.
Prezident görüşdə mühüm məqamlara da toxundu...
Düşmənin ələ keçirilən hərbi texnikası nümayiş etdiriləcək. Müharibə dövründə Ermənistanın yüzlərlə hərbi texnikası məhv edilməklə yanaşı, həm də ələ keçirildi. Bu hərbi texnikanın nümayişi qalib dövlətin gücünü göstərir, o cümlədən, Ermənistan üçün ciddi psixoloji zərbə olacaq.
Ermənistan bütün əməllərinə görə cavab verəcək...
Prezident qeyd etdi ki, beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntılar, maddi və mənəvi ziyan hesablanacaq, həm fərdi, həm də mütəşəkkil qaydada düşmən beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödənilməsi tələb ediləcək.
Dövlət başçısı bunu açıqlamaqla Ermənistanın bütün əməllərinə görə cavab verəcəyinin mesajını verdi, Azərbaycan heç nəyi unutmadığını, unutmayacağını göstərdi.
Prezident İlham Əliyev müharibənin getdiyi 44 gün ərzində ona xeyrli zənglərin edildiyini, əməliyyatların dayanması üçün müxtəlif siqnalların göndərildiyini açıq şəkildə bəyan etdi. Əldə olunan nəticə göstərir ki, Azərbaycan lideri bütün bu təzyiqləri dəf edərək, ərazi bütövlüyümüzü bərpa etdi.
Artıq müharibə və münaqişə bitib, Azərbaycan zəfər çalıb. Ali Baş Komandan göstərdi ki, dövlət Vətən uğrunda döyüşən, şəhid olan və yaralanan hərbçilərin həyatı boyunca yanında olacaq.
Prezident İlham Əliyevin “indi Azərbaycanın həyatında yeni xoşbəxt dövr başlayır” anonsu isə ölkəmiz və xalqımız üçün gələcək müjdədən xəbər verir.
Asif
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi