Qarabağ
BCI Ağdamdan reportaj yayımladı - VİDEO
“BCI” beynəlxalq media portalının əməkdaşı Ağdam rayonu ilə bağlı yunan dilində videomaterial hazırlayıb.
Publika.az xəbər verir ki, videomaterialda Ağdamı “Qafqazın Xirosiması” adlandıran müəllif bildirir ki, rayon təxminən 30 ildən sonra erməni təcavüzündən azad edilib.
Vurğulanır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən əvvəl Qarabağın incisi sayılan Ağdam bölgənin ticarət mərkəzi olub, burada üzümçülük və şərabçılıq geniş inkişaf edib. İşğal nəticəsində rayonun əhalisi doğma torpaqlarından didərgin salınıb, rayon isə darmadağın edilib. Müəllif hazırkı Ağdamı infrastrukturu, mədəni irsi olmayan “kabus şəhər” adlandırır. Diqqətə çatdırılır ki, buradakı bütün muzeylər, tarixi abidələr, xəstəxanalar, məktəblər, ictimai binalar və evlər məhv edilib, avtomobil və dəmir yolları dağıdılıb. Ağdam şəhərində yalnız məscid qalıb.
Müəllif qeyd edir ki, rayonun bərpası üçün müəyyən vaxt lazım olacaq. Lakin bərpa işlərindən əvvəl bölgəni minalardan zərərsizləşdirmək lazımdır. Bildirilir ki, artıq bu işlər həyata keçirilir.
-
Ekopublika.az20:32Dubaydakı ən bahalı evi o aldı - FOTOLAR
-
Nida Xəbər 20:04Abbas Əraqçi Bakıya gəldi - FOTO/YENİLƏNDİ
-
Magazin219:00“Polat Alemdar”ın ilginc hekayəsi ortaya çıxdı - İnanılmaz detal
-
Ekologiya17:40Meteohəssas insanların nəzərinə!
-
İdman16:42Messi tarixi uğurdan danışdı
-
Digər16:21Uşaq bağçası və xəstəxana vuruldu, 116 nəfər öldü
-
Ekologiya15:14Günəşdə iki güclü partlayış baş verdi
-
Hadisə14:53Biləsuvardakı qəzada ölən üç gənc eyni kənddə dəfn olundu - FOTOLAR


































.jpg)



