Qarabağ
Njdenin Xocavənddəki heykəlini Rusiya sökdürməlidir - Deputat
“Qaregin Njde faşist olub. Adolf Hitlerin yaxın əməkdaşlarından biri idi. Njde tək deyildi, onun kimi başqa faşist ermənilərin də adları məlumdur. Onlar Böyük Vətən müharibəsi dövründə əsir düşmüş ermənilərdən faşist erməni legionu yaradıblar. Sovet İttifaqına və başqa dövlətlərə qarşı döyüşlərdə iştirak ediblər. Hesab edirəm ki, onun Xocavənddəki və İrəvandakı heykəlinin sökülməsi ilə bağlı ən ciddi və kəskin mövqe ortaya qoymalı olan bir nömrəli dövlət Rusiya Federasiyasıdır”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Deputat bildirib ki, Moskva bu məsələyə öz kəskin mövqeyini bildirməlidir:

“Çünki Rusiya Federasiyası Sovet İttifaqının xələfidir, davamçısıdır. Əgər Qaregin Njde erməniləri başına yığıb Hitlerlə, faşistlərlə əməkdaşlıq edib, onlara qarşı döyüşüblərsə, bu məsələ ilə ruslar ciddi məşğul olmalıdır. Təbii ki, Njde təkcə Sovet İttifaqına qarşı mübarizə aparmayıb, Sovet İttifaqına aid olan bütün xalqlara qarşı vuruşub. Bütün sovet hökumətinə və Avropa dövlətlərinə qarşı döyüşüb. Faşistlər bütün Avropaya - demokratik qüvvələrə, faşizmə tabe olmayanlara qarşı vuruşurdu. Bunların hamısı Njdenin Xocavənddəki və İrəvandakı heykəlinin götürülməsi ilə bağlı ortaya mövqe qoymalıdırlar. İlk növbədə Moskva bu məsələ ilə məşğul olmalıdır. Əksinə, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ermənistana səfər edərkən gedib yalançı soyqırımı “abidəsinə” əklil qoydu, baş da əydi. Gərək o, faşist Njdenin də heykəlinə əklil qoyub, baş əyəydi, çünki ürəyində o cür fikirləşir, əqidəsi o cürdür”.
Millət vəkili vurğulayıb ki, Azərbaycan cənab Prezidentimiz başda olmaqla bu məsələni gündəmə gətirib:
“Ölkəmizin başçısı dəfələrlə böyük tədbirlərdə bu məsələni müzakirəyə çıxarıb. Yəni, Ermənistan bu gün faşist ideologiyası ilə yaşayıb fəaliyyət göstərir, faşistə abidə qoyur. İrəvanda, Xocavənddə təkcə Njdenin heykəli yoxdur, orada faşist ideologiyasına xidmət edən, saysız-hesabsız soyqırımılar törətmiş murdarlara da abidələr, heykəllər ucaldıblar. Adlarına küçələr veriblər. Biz həmişə bunlara qarşı çıxmışıq. Yenə deyirəm, ilk növbədə Moskva bu məsələnin arxasında dayanıb qəti şəkildə tələb etməlidir ki, əgər bu gün məndən yardım istəyirsənsə, öz ərazilərinin qorunmasını təşkil etmək üçün mənə yalvarırsansa, mənə qarşı döyüşmüş faşistə də abidə qoyursan?! Moskva İrəvana bunu deməlidir.Yəni, məsələnin həlli bu cür qoyulmalıdır”.
Tural Turan
-
İdman05:45Corcinanın Ronaldo ilə bağlı bu paylaşımı gündəm oldu - FOTO
-
Dünya05:15ABŞ-ın yeni silahı İranı təşvişə saldı - Göz açmağa imkan vermir... - Video
-
ABŞ02:19Pentaqon hazırlıqlara başladı: İrana qoşun yeridiləcək
-
Qoroskop01:20Günün ulduz falı: Romantik münasibətlərdə həyəcanlı bir dövr başlayır
-
Cənubi Qafqaz20 Mart 20:44Azərbaycanla sülhdən imtina Ermənistan üçün ölümcüldür - Paşinyan
-
Ekologiya20 Mart 19:00Azərbaycana yaz gəldi
-
ABŞ20 Mart 18:48ABŞ olmadan NATO "kağız pələng"dir - Tramp
-
Nəqliyyat20 Mart 18:36Bakı bir gecədə niyə boşaldı? - Paytaxtı “xilas” etməyin yolları açıqlandı

















.jpg)













.jpg)



.jpg)

