Qarabağ
Sülhməramlıların Njdenin “kölgəsində” sıra düzülüşü...
Sabah – 9 mayda Rusiya sülhməramlıları faşizm üzərində qələbə münasibətilə Xankəndində sıra düzülüşü keçirəcək. Məqsəd faşizmə qarşı olduğu üçün 2019-u il Aşqabad toplantısından sonra İrəvanın faşizmi qəhrəmanlaşdırmasını gündəmə daşıyan və bunun üzərindən Rusiya ictimaiyyətində, eləcə də MDB məkanında Ermənistana qarşı etirazın formalaşdırılması strategiyasını izləyən Azərbaycanın parada loyal yanaşması anlaşılandır.
Müdafiə Nazirliyinin məlumatı da “vəziyyət nəzarətdədir” mesajının ötürülməsi idi. Lakin rus sülhməramlılarının paradına Xocavənddə faşizmə xidmət etmiş Qaregin Njdenin abidəsi söküləcəyi halda anlayış göstərmək olar.
Sülhməramlıların komandanı Muradovun ermənilərə 9 maya qədər vaxt verdiyi, ermənilərin isə buna etiraz etdiyi haqda məlumatlar var. Heykəllə bağlı separatçıların “təhlükəsizlik şurası katibi” Balasanyan dedikləri diqqət çəkir: “Njdenin heykəlinin harada olmasına qərar vermirik. “Martuni camaatı” (Xocavənd) heykəli saxlamaq, yoxsa muzeyə köçürmək istədikləri haqda özü qərar verməlidir”.
Separatçı rejim bununla “məsuliyyəti” üzərindən atmaq və erməni əhalinin əli ilə heykəlin sökülməməsinə nail olmaq istəyir. Bu, Rusiyanın və onun sülhməramlılarının problemidir.
Njdenin heykəli sökülmədən parad keçiriləcəksə, üç nəticə ortaya çıxır:
1. Fəaliyyət göstərdiyi əraziyə nəzarət edə bilməyən rus sülhməramlıları birgəyaşayışı və sülhü də təmin edə bilməyəcək;
2. Rusiya Qarabağdakı separatçı-terrorçu rejimi dəstəklədiyi üçün onların əleyhinə olacaq addım atmır;
3. Njdenin heykəlinin “kölgəsində” keçiriləcək parad faşizmə qarşı yox, Azərbaycana qarşı “əzələ nümayişi”dir;
Hər üç halda Rusiya sülhməramlılarının missiyası sual altına düşür.
Asif Nərimanlı
-
Ekologiya12:51Leysan yağacaq, şimşək çaxacaq - Sabahın hava proqnozu
-
Nida Xəbər 12:32Azərbaycan Prezidenti: Ermənistanın etirafına görə, onların ordusunda 12 minə yaxın fərari oldu
-
Nida Xəbər 12:26Prezident İlham Əliyev Xankəndidən Azərbaycan xalqına müraciət etdi - Video(Yeniləndi)
-
Nida Xəbər 12:23Prezident: Biz qurub-yaradan xalqıq!
-
Səhiyyə11:27Vətən müharibəsi iştirakçılarına 879 min 232 ambulator xidmət göstərilib
-
Müsahibə10:33Zəfərdən sonra Azərbaycanın qarşısında açılan yeni imkanlar: Qarabağın aqrar potensialı...
-
Region10:25Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Nida Xəbər 09:51Dövlət və hökumət rəsmiləri Zəfər Tağı abidəsini ziyarət etdilər



































.jpg)

