Qarabağ
Laçın-Xankəndi yolunda nəzarət məntəqəsi yaradılmalıdır - MN
Bu gün baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir.
Bu barədə Publika.az-a Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.
“Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.
Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - Azərbaycanın Müdafiə Nazirliyindən əlavə olunub.
Qeyd edək ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının həyata keçirilməsi baradə operativ məlumatlar daxil olub.
Martın 5-də səhər saatlarında daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib.
Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində hər iki tərəfdən həlak olan və yaralananlar var.
-
Art22:00Azərbaycan Rəngkarlığı Muzeyində "ENQRAM" sərgisi açıldı - FOTO
-
Nida Xəbər 21:24Ceyhun Bayramovdan diqqətçəkən jest: Özbəkistanın birinci xanımına kömək etdi - VİDEO
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?




































.jpg)
