Qarabağ
Xankəndidə Azərbaycanla inteqrasiyada maraqlı olan qüvvə var - Arayikdən etiraf
Qarabağdakı separatçı ermənilərin “prezidenti” kimi təqdim olunan Arayik Arutyunyan martın 6-da Xankəndidə keçirdiyi iclasda sülh danışıqlarının perspektivinə ciddi təsir edə biləcək açıqlamalar verib.
Əvvəlcə Azərbaycanın danışıqların öz şərtləri daxilində davam etdrilməsi üçün qətiyyətli olması xatırladılıb: "Əgər Xankəndi Bakının inteqrasiya siyasətini qəbul etməzsə, Qarabağın indiki problemlərini həll edilməmiş qoyacaq və “daha sərt və daha kəskin addımlar atacaq". Qeyd edilib ki, Azərbaycan tərəfi öz kanalları ilə onlara mesaj verib: “ya biz inteqrasiya siyasətini qəbul edirik, ya da mövcud problemlər həll olunmayacaq, əksinə daha sərt və daha kəskin addımlar atılacaq”.
Şərtləri qəbul etməyəcəklərini deyən A. Arutyunyan bundan sonra gözlənilmədən Qarabağın erməni əhalisi arasında başqa rəylərin də olmasını istisna etməyib: “Cəmiyyətdə Azərbaycanın təkliflərini qəbul etmək kimi əhval-ruhiyyələr varsa, bu adamların öz vətəndaş hüquqları çərçivəsində bunu etmək və demək imkanları var ki, “biz düzgün yol seçməmişik”. Onların imkanları var ki, belə mövqeləri formalaşdırıb yeni hökumət təşkil etsinlər”.
Qondarma rejimin başçısının sözləri Qarabağda Azərbaycanın şərtlərini qəbul etmək istəyən qüvvələrin olması haqda ilk və ciddi etirafdır. Həm də deyildiyi kimi, söhbət sıravi vətəndaşlardan deyil, hökumət (yerli idarəetmə) yaratmağa qabil ola biləcək siyasi qüvvədən gedir.
Üstəlik, ilk dəfədir ki, onlardan xainlər kimi deyil, vətəndaş hüquqları çərçivəsində siyasi mübarizə aparmaq haqqı olan tərəf kimi bəhs olunur.
Görünür, Azərbaycanın israrlı tələbləri və müxtəlif kanallarla apardığı iş effekt verir. Əlbəttə ki, separatçıların artan təzyiqlərdən yayınmaq məqsədilə müəyyən dövr üçün manevr etmək, vaxt qazanmaq niyyəti də istisna edilməməlidir.
Cəmaləddin Quliyev
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi



































.jpg)
