Qarabağ
Araik Bakıya təslim olmaq istəyib, amma... – Xankəndidə nə baş verir?
Xankəndi-Xəlfəli-Turşsu yolunda ermənilərin törətdiyi təxribatdan sonra Xankəndidə ciddi təşviş yaşanır.
Publika.az xəbər verir ki, “Hraparak” nəşri separatçıların Bakıya təslim olmaq istəklərinin olduğunu yazır.
“Məsələ ondadır ki, martın 1-də Xocalıda keçirilən görüş ermənilərə konstruktiv görüş kimi təqdim olundu və qeyd olundu ki, yaxın günlərdə nəticəsi olacaq. Əslində isə həmin görüşdə Bakı inteqrasiya prosesinin alternativinin olmadığını, Laçın yolunda nəzarət məntəqəsinin qurulmasını, alternativ yollardan istifadəyə imkan verməyəcəyini bildirib”, - nəşr yazır.
Nəşr mənbələrinə istinadən yazır ki, həmin görüşdən sonra Araik Arutyunyan və dəstəsi Bakının şərtlərini qəbul etmək, təslim olmaq haqda müzakirələr aparıb: “Lakin Ermənistanda müxalifət qüvvələr (keçmiş “Qarabağ klanı”) ona geri çəkilməməklə bağlı təzyiq edib. Bildiriblər ki, belə bir addım kütləvi etirazla qarşılanacaq. Araik bundan sonra fikrindən daşınıb, məhz buna görə Azərbaycan tərəfi Laçın yoluna alternativ olan torpaq yolun bağlanması qərarını verib. Silahlı insident də buna görə yaşanıb”.
Asif
-
Magazin221:12Planetin ən dəbli kişisi o imiş...
-
ABŞ20:00ABŞ-da üç nəfər quş qripinə yoluxdu, biri öldü
-
Ekologiya19:30Bakıda külək gücləndi - Faktiki hava
-
İdman19:12Zlatan İbrahimoviç kriminal serialda rol alacaq
-
Sosial19:00Özünü Tağı Vahabov kimi tanıdıb dələduzluq etdi - Əsl kimliyi üzə çıxdı
-
Avropa18:36Şahzadə Uilyamın malikanəsinə gecə basqını - Helikopterlər havaya qaldırıldı
-
İqtisadi gündəm18:24Azərbaycanda aqrar sektor üçün yeni bank məhsulu buraxıldı
-
Nida Xəbər 17:56Ceyhun Bayramovla Maka Boçorişvili arasında geniştərkibli görüş olub - YENİLƏNDİ



















.jpg)


















