Qarabağ
Xankəndidə gecə müəmması: divardakı sözləri Azərbaycan kəşfiyyatçıları yazıb?
Xankəndidə separatçı-terrorçu rejimi narahat edən müəmmalı hadisə baş verib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, Xankəndi-Xəlfəli-Turşsu yolunda silahlı instidentdən bir həftə əvvəl gecə saatlarında müəmmalı şəxslər kilsənin divarlarına yaşıl boya ilə yazılar yazıb.
Səhər separatçılar yazıları tələsik siliblər, lakin qeydlərin Araik Arutyunyanın verdiyi “vədlər” ilə bağlı olduğu deyilir. Arutyunyan separatçı rejimin “başçısı” olanda kilsənin yanında çıxış edib və erməni əhalisinə vədlər verib. Müəmmalı şəxslər də kilsənin divarlarına Araikin unutduğu vədləri yazıb.
Bu hadisənin Xankəndidə erməni əhalisi arasında Azərbaycana inteqrasiya etmək istəyənlərin olduğu faktının gündəmə gəldiyi vaxt baş verməsi separatçılarda suallar yaradıb. Onlar anlamağa çalışırlar ki, bunu erməni əhalisi arasında kimlərsə edib, yoxsa Azərbaycan kəşfiyyatçıları?!
Hər iki versiya mümkündür. Bakıya üz tutmaq istəyən, lakin təzyiqlərə görə bunu açıq ifadə etməkdən çəkinən ermənilər separatçılara bu yolla etiraz edə bilər. Həmçinin, Azərbaycan kəşfiyyatçılarının öz suveren ərazisində bu addımı atması, separatçılara “vədlərini yerinə yetirməyənlər erməni əhalisinin təmsilçisi ola bilməz” mesajı verdiyi də istisna deyil.
Asif
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm23 Noyabr 17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?

















.jpg)


















