Qarabağ
Əliyevdən Xankəndidəki ermənilərə çağırış - Bakı ən yüksək zəmanəti verir
Prezident İlham Əliyevin “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunda çıxışında Qarabağ iqtisadi rayonunda yaşayan erməni əhalisinə müraciət hesab oluna biləcək məqamlar da var.
“Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanda azlıqların hüquqları Konstitusiyamız tərəfindən qorunur. Azərbaycanda real vəziyyətlə tanış olan hər kəs deyə bilər ki, Azərbaycan yüksək dini və etnik dözümlülüyü ilə seçilən, müxtəlif etnik qrupların, konfessiyaların nümayəndələrinin dinc və ləyaqətli şəkildə yaşadığı ölkədir. Bir sözlə, əminəm ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”, - dövlət başçısı qeyd edib.
Prezident Qarabağdakı erməni əhali ilə bağlı zaman-zaman fikirlər səsləndirir, lakin indi səsləndirdiyi fikirlər son proseslər fonunda xüsusilə diqqət çəkir.
Bakı Qarabağdakı separatçıların qarşısında son şərtini irəli sürüb: ya Azərbaycana inteqrasiya edəcəklər, ya da daha sərt addımlar atılacaq.
Araik Arutyunyan və David Babayanın dedikləri təsdiq edir ki, Qarabağda erməni əhalisi arasında Azərbaycan vətəndaşı olmaq istəyən ermənilərin sayı artır. Lakin hazırda əsas problem separatçıların əhalini təhdid etməsi, prosesin qarşısını almaq cəhdidir. Bu baxımdan, rəsmi Bakının erməni əhalisinə zəmanətverici çağırışlarına ehtiyac var. Və bu, ən yüksək səviyyədə dilə gətirilir. Azərbaycan Prezidentinin beynəlxalq forumda səsləndirdiyi fikirlər erməni əhalisinə ən yüksək səviyyədə zəmanətin verilməsi hesab oluna bilər.
Azərbaycan rəhbərliyinin belə çıxışlarının erməni əhalisi arasında inteqrasiya meyllərini daha da artıracağı gözləniləndir.
Asif
-
Sosial20:48Bəzi ödənişlərdə xidmət haqqı LƏĞV EDİLİR
-
Hadisə20:24Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus aşkarlandı - YENİLƏNDİ
-
Sosial20:12Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən Ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi



































.jpg)
