Qarabağ
Paşinyanla görüşən Araik istefa verir - Bakının tələbi budur ki... - Video
Xankəndində separatçı-terrorçu rejimin daxilində çətin vəziyyət yaranıb.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, separatçıların “başçısı” Araik Arutyunyan istefa verməyə hazırlaşır. Buna səbəb onun Paşinyanla görüşüdür.
Məlumatlara görə, Araikin Paşinyanla görüşəndə, ikinci Azərbaycana inteqrasiya etməkdən başqa çıxış yolunun olmadığını deyib.
“Araik yaxın ətrafına Paşinyanla keçirdiyi çətin görüşdən danışıb. Nikol rəsmi Bakının fikrini təkrarlayıb və bildirib ki, Qarabağdakı ermənilər Azərbaycana inteqrasiya olunmalı, azərbaycanlılarla anlaşmalı, birlikdə yaşamalıdır, çünki alternativ yoxdur, əks təqdirdə müharibə olacaq. Araik ağır əhval-ruhiyyə ilə Qarabağa qayıdıb və yaxın ətrafında bildirib ki, artıq “prezident” vəzifəsində qalmaq istəmir”, - “Hraparak” nəşri mənbələrinə istinadən yazır.
Bu görüşdən sonra separatçı rejimin qondarma parlamentinin “konstitusiya dəyişiklikləri layihəsini” müzakirə edərək, qəbul etməsi diqqət çəkir. Bu qondarma “qanuna” görə hərbi vəziyyət dövründə “prezident vəzifəsi” boş qalarsa, qondarma “parlament” bu posta adam seçə bilər.
“Bu o deməkdir ki, Araik Arutyunyan postunu başqasına vermək niyyətindədir”, – nəşr yazır.
Asif
-
Sosial20:17Azərbaycanda “rayon” sözü hansı sözlə əvəzlənə bilər? - Yeni təkliflər
-
Sosial19:12Sabah bu rayonların bəzi ərazilərində qaz olmayacaq
-
İdman18:48“Qızıl top”un bütün dövrlər üzrə qalibi seçilən ronaldo azarkeşlərə belə təşəkkür etdi
-
Sosial18:12"Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını nə qədər artırıb?
-
Rəsmi xronika17:32İlham Əliyev İspaniyanın Kralına başsağlığı verdi
-
MDB15:12Rusiyaya qarşı müharibəyə hazırlıq başladı: 70-dən çox general bu ölkələrə göndərildi
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”




































.jpg)
