Qarabağ
Erməni deputatlar da “Qarabağ Azərbaycandır” dedi - Parlamentdə müzakirə
Ermənistanın baş naziri Nikol Paşinyan “Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” açıqlamasından sonra parlamentdə hakim partiyanın deputatları ilə qapalı görüş keçirib.
Publika.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə hakim partiyanın deputatları Paşinyanın “Qarabağ Azərbaycandır” bəyanatını dəstəkləyiblər.
Bununla yanaşı, onlar Qarabağla bağlı hazırkı vəziyyətə görə keçmiş hakimiyyəti ittiham ediblər.
“Hraparak” nəşri yazır ki, deputat Hayk Konjoryan keçmiş hakimiyyəti “Qarabağın müstəqilliyini tanımamaqda” günahlandırıb. Deputat Lilit Stepanyan isə qeyd edib ki, Azərbaycanın azad edilmiş ərazilərdə gördüyü işlərin heç yarısı 30 il ərzində Qarabağda həyata keçirilməyib.
Deputat Akop Aslanyan isə “illərlə xalqın malını yeyən keçmiş hakimiyyətin yenidən iqtidara gəlmək istədiyini, lakin bunun baş tutmayacağını” bildirib.
Asif
-
Hadisə11:00Ada Süleymanın öldüyü dəhşətli qəzanın görüntüləri - VİDEO
-
Dünya10:48"GTA"nın arxasındakı qadın: Milyardlıq oyun imperiyasının ilham mənbəyi kimdir?
-
İqtisadi gündəm10:18Bu şəxslərin bütün cərimələri silinəcək
-
Magazin109:36Vəfa Şərifova ailə qurdu: Villasında toy etdi - VİDEO
-
Hadisə08:48Lökbatanda dəhşətli qəza: Tanınmış teleaparıcı həyatını itirdi
-
Avropa07:55Mafiya ilə bağlı qalmaqallı istintaq: Keçmiş polis rəisi intihar etdi
-
ABŞ05:45Tramp Ukrayna ilə bağlı mühüm qərar verməyə hazırlaşır? - Kuşner açıqladı
-
Dünya04:30Ölüm saçan pullar peyda oldu: Toxunanlar zəhərlənir






































