Qarabağ
Separatçılar şərt irəli sürdü - anti-terror əməliyyatı qaçılmazdır - VİDEO
Qarabağdakı separatçılar Ağdam marşrutundan istifadə üçün şərtlər irəli sürüb.
Publika.az xəbər verir ki, separatçıların qondarma “dövlət naziri”nin qondarma “müşaviri” Artak Beqlaryan şərtlərinin nə olduğunu açıqlayıb.
“Laçın yolu tam açılmalı, təhlükəsizlik təminatları təmin olunmalıdır. O zaman kommunikasiyaların açılması üçün bütün mümkün variantları müzakirə edə bilərik, lakin Azərbaycan buna hazır deyil”, - separatçı deyib. Separatçı bildirib ki, Ağdam yolundan istifadəni güzəşt hesab etmirlər.
Beləliklə, separatçılar Bakıya qarşı meydan oxuyurlar. Azərbaycan öz suveren ərazisində istədiyini etmək haqqına sahibdir, Ağdam marşrutunun təklif edilməsi də Qarabağdakı mülki ermənilərin problemlərinin həlli məqsədi daşıyır.
Mülki erməniləri girov saxlayan separatçıların bu mövqeyi, xüsusilə şərtlər irəli sürməsi isə Azərbaycana müharibə elan etmək kimi də qəbul edilə bilər və bu vəziyyətdə onlara qarşı praktiki addımların atılması qaçılmaz olacaq.
Asif
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”






































