Qarabağ
Azərbaycan Prezidenti və xanımının Laçın səfəri erməniləri yandırıb-yaxıb - FAKT
Bu gün, avqustun 26-da Azərbaycan Prezidenti İlham Əliyev xanımı Mehriban Əliyeva ilə birlikdə Laçın rayonuna səfər edib.
Publika.az xəbər verir ki, hraparak.am saytı Azərbaycan mediasına istinadən bu məlumatı yayıb.
Erməni həyasızlığının bariz nümunəsi olaraq hraparak.am yazır ki, onlar (Əliyevlər) nəinki Dağlıq Qarabağın "işğal olunmuş" ərazilərinə səfər edir, həm də ötən ilin dekabrından "Artsax"ı humanitar fəlakətə düçar etdikləri halda hamının gözü qarşısında bayram tədbirləri təşkil edirlər.
Qeyd edək ki, məlumatda daha çox həyasızlıq nümayiş etdirilən məqam odur ki, ermənilər Laçını Ermənistanın "işğal olunmuş Berdzor" rayonu kimi göstəriblər.
Bu onu göstərir ki, ermənilər Azərbaycana həmişə ərazi iddiası irəli sürəcəklər. Ona görə də onların başının üzərindən həmişə "dəmir yumruq" asılmalıdır. Baş qaldırdılarsa...
Adəm ABBASLI
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”






































