Qarabağ
Separatçılar görüşmək üçün üç gündür Bakıya yalvarır - OYUN BİTDİ
09:06
Xankəndidəki separatçıların üç gün öncə - avqustun 25-də rəsmi Bakı ilə görüşün təşkil edilməsi üçün Rusiyaya ünvanladığı müraciət cavabsız qalıb.
Publika.az xəbər verir ki, separatçıların qondarma “dövlət naziri” Qurgen Nersisyan görüşün “təhlükəsiz yerdə” keçirilməsini istədiklərini açıqlamışdı. Separatçılar “təhlükəsiz yer” dedikdə Bakının təklif etdiyi əraziləri – Bərdə, yaxud Yevlax şəhərlərini istisna edir, onlar daha çox Rusiya sülhməramlılarının nəzarətində olan yerdə danışmaq istəyirlər.
Nersisyanın açıqlamasında əsas diqqətçəkən məqamlardan biri “Bakı ilə danışıqların xalqa açıq olması” ilə bağlı dedikləridir. Separatçı bildirir ki, “təşəbbüs göstərmək, xalqa açıq dialoq aparmaq lazımdır”.
Separatçılar bir tərəfdən Rusiyaya Bakı ilə görüşün təşkil edilməsi üçün yalvarır, digər tərəfdən, “dialoq xalqa açıq olmalıdır” deyir. Bu, onların düşdüyü çıxılmaz vəziyyətdən xəbər verir.
Bakı Ağdam yolundan istifadədə israrlıdır və Qarabağdakı erməni nümayəndələri ilə Yevlax, daha sonra Bərdədə görüşün keçirilməsini, Ağdam marşrutu və reinteqrasiya məsələsinin müzakirəsini təklif etdi. Ağdam yolundan istifadənin alternativi yoxdur, bunu separatçılar da anlayır. Erməni mənbələr ötən həftə məlumat yayırdı ki, Araik və başının dəstəsi Ağdam yolundan istifadəni müzakirə edir, yaxın günlərdə bununla bağlı qərarı açıqlayacaq. Bu məlumat separatçılar tərəfindən təkzib olundu, hərçənd, Nersisyanın açıqlamaları Ağdam yolunun açılmasını qəbul etmək məcburiyyətində qaldıqlarını göstərir. Lakin separatçılar öz oyunlarını oynamağa da cəhd edir: Ağdam yolunun açılması ilə razılaşmaq məcburiyyətində olsalar da, bununla bağlı müzakirələrin Yevlaxda, yaxud Bərdədə yox, sülhməramlıların müvəqqəti nəzarət etdiyi ərazilərdə keçirilməsinə çalışır, Rusiyanı vasitəçiyə, özlərini “tərəfə” çevirmək istəyirlər;
Xankəndidə üç gündür cavab gözləsələr də, nəticə yoxdur. Çünki Bakı onların istəklərini qəti şəkildə rədd edir. Yeganə yol Bakının təklif etdiyi ərazidə Ağdam marşrutunu, ümumiyyətlə reinteqrasiya prosesini müzakirə etməkdir.
Asif
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm



































.jpg)
