Qarabağ
Araikin dəstəsi qan tökəcək, Əliyev ultimatum verəcək: Xankəndidə nə baş verir? - VİDEO
Baş separatçı Araik “istefa” verdikdən sonra Xankəndidə terrorçu qruplar arasında gərginlik pik həddə yüksəlib.
Publika.az xəbər verir ki, erməni mətbuatı qruplaşmaların yeni “baş separatçı” məsələsində heç cür kompromis əldə edə bilmədiyini yazır. Bu barədə qondarma qurumun “anti-böhran şurasının sədri” Tiqran Petrosyan məlumat verib.
O bildirib ki, baş separatçı postuna Samvel Şahramanyanın namizədliyi Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyanın planıdır.
Petrosyan əmin edib ki, Şahramyanın “təyinatı” digər qruplar tərəfindən qəbul edilməyəcək və Xankəndidə erməni qanı axıdılacaq:
“Əminəm ki, Şahramyanın “seçildiyi” gün toqquşmalar olacaq, bunun məsuliyyəti bütünlüklə Araik Arutyunyanın və digər əlaltılarının çiynindədir. Müharibədən sonra heç kim onları ciddi qəbul etmir. xalqın etibarı sıfırdır”.
Petrosyan 25 il ərzində Xankəndidə xalqın aldadıldığını, yalan danışıldığını bildirib.
“Çox yaxında Əliyev bunlara ultimatum verəcək, əməl etməsələr, müharibə başlayacaq, çünki daxili siyasi oyunlar ucbatından Laçın dəhlizinin açılması ilə bağlı bütün şanslarımızı əldən vermişik. Xalqı hədələyirlər ki, vətəndaş itaətsizliyi başlamasa, türklər girəcək. 25 il kim nə deyibsə, onu “türkün dəyirmanına su tökürsən” deyərək şantaj ediblər. İndi də bunu edirlər ki, xalq onların “namizədinə” qarşı çıxmasın”, - Petrosyan deyib.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"




























.jpg)
.jpg)










