Qarabağ
Kəlbəcərdə İşçi Qrupun iclası keçirilir
Kəlbəcərdə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Şəhərsalma Məsələləri üzrə İşçi Qrupun iclası işinə başlayıb.
Publika.az xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, “Bakı Abadlıq” MMC-nin baş direktoru Bünyad Qasımov, 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları və digər vəzifəli şəxslər iştirak edirlər.
Qeyd edilib ki, ötən müddət ərzində işğaldan azad edilmiş bütün ərazilər kimi, əsrarəngiz təbiəti ilə zəngin olan Kəlbəcər rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinə başlanılıb.
Bu müddət ərzində rayonun enerji təminatının təmin edilməsi istiqamətində bir sıra işlər görülüb, su elektrik stansiyaları və kiçik su elektrik stansiyaları istifadəyə verilib, Kəlbəcər şəhərində təməli qoyulmuş ilk yaşayış məhəlləsinin, orta məktəbin, işğal və zəfər muzeylərinin layihələndirmə işləri, İstisu qəsəbəsində mehmanxana kompleksinin və su istehsalı zavodunun tikintisi sürətlə davam etdirilməkdədir.
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"




























.jpg)
.jpg)










