Qarabağ
Bakı bu gün Xankəndiyə müdaxilə edə bilər - Həlledici məqam yetişdi
Bu gün, sentyabrın 9-da separatçılar qondarma “parlament”ində “prezident” seçkiləri keçirəcək. İki namizəd var idi: biri Araikin xələfi hesab olunan və keçmiş “Qarabağ klanı”na daxil olan bütün qüvvələr tərəfindən dəstklənən Samvel Şahramanyan, digəri Paşinyana yaxınlığı ilə tanınan, Ağdam-Xankəndi yolunun açılmasını – bu, məqsədyönlü mövqedir - qəbul edən Samvel Babayan;
Babayanın “namizədliyi” qeydə alınmadığı üçün Şahramanyan yeganə “namizəd” kimi separatçıların yeni “başçısı” olacaq. Erməni mənbələr qondarma “seçki” günü (9 sentyabr) Babayan və dəstəsinin müqavimətə hazırlaşdığını bildirir, Babayan özü də bunu gizlətmir. Separatçı rejimin müqavimətə qarşı sərt tədbirlər görüləcəyi, erməni əhalisini “təxribatlara” uymamamağa çağırması haqda dedikləri də bu gözləntini artırır.
Baş verənlər “seçki günü” Xankəndidə qarşıdurmanın yarana biləcəyini göstərir, hərçənd, mövcud vəziyyətdə Babayan “zəif bənd”dir və onun Şahramanyanı dəstəkləyən qrupa qarşı nəticə əldə etməsi çətin görünür. Bu baxımdan, qondarma “seçki” baş tutarsa, Şahramanyan separatçıların yeni “başçısı” olacaq.
Rəsmi Bakının suverenliyimizə qarşı olan qondarma “seçkilərin” qəbul edilməyəcəyinə dair bəyanatı, o cümlədən, diplomatlar üçün keçirilən brifinqdə Bayramov, Hacıyev və Əmirbəyovun açıqlamaları praktiki müstəvidə addımların atılmasını da ön plana çıxarır. Bu addımların “seçki günü”, yaxud ondan sonra atılması mümkündür.
Asif Nərimanlı
-
Nəqliyyat00:12Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman3 Oktyabr 16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm

















.jpg)

















.jpg)