Qarabağ
Nikol separatizmin ləğvinin anonsunu verdi - Bakı Xankəndiyə daxil olur
Ermənistanın baş naziri Nikol Paşinyan separatçıların yeni “rəhbəri” Samvel Şahramanyanı təbrik etməməsini belə izah edib: “Vəziyyət elədir ki, təbrik etməyin o qədər də mənası yoxdur və onun (Samvelin) üzərinə çox ağır məsuliyyət qoyulub”. Daha sonra əlavə edib ki, “beynəlxalq birliyin məntiqinə uyğun mövqe sərgiləyirlər”, yəni təbrik etməklə qondarma “seçkini” qınayan beynəlxalq birliyə qarşı getmək istəmirlər.
Paşinyan bununla açıq şəkildə mesaj verir:
- Şahramanyan üzərinə qoyulan “ağır məsuliyyət”in altında qalacaq;
- İrəvan Xankəndidəki separatçıların yaxın dövrdə ləğv ediləcəyi perspektivini gördüyü üçün buna uyğun mövqe sərgiləyir;
Beynəlxalq birliyin Xankəndidəki separatçıların qondarma “seçkisi” ilə bağlı sərgilədiyi mövqe də göstərir ki, artıq qondarma rejimin sonu yaxınlaşıb. Eyni zamanda, bu gün Ağdam-Xankəndi yolunun açılması separatizmin ləğv edilməsi və erməni əhalisinin yaşadığı ərazilərdə rəsmi Bakının mərkəzi hakimiyyətinin bərpa edilməsi yaxındır. İstisna deyil ki, təslim olmayan separatçıların və onların silahlı dəstələrinin zərərsizləşdirilməsi üçün anti-terror əməliyyatı da keçirilə bilər.
Asif
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”



















.jpg)



















