Qarabağ
Rusiya TIR-ın Ağdam yolu ilə Xankəndiyə girməsi kimlərə mesajdır? - Bu məqama istinad ediləcək
“Azərbaycan ilk gündən etibarən Qarabağın ermənilər yaşayan ərazilərinə bu və ya digər yüklərin məhz Ağdam – Xankəndi yolu ilə daşınmasında israr edirdi və bunda da haqlı idi. Söhbət Azərbaycanın suveren ərazisindən gedirsə, demək ki, istənilən yük də məhz Azərbaycan ərazisindən çatdırılmalıdır”.
Bu sözləri Publika.az-a açıqlamasında sabiq deputat, politoloq Yusif Bağırzadə deyib.
O bildirib ki, BQXC süni şəkildə prosesləri əngəlləməklə məşğul olub:
“Lakin təəssüf ki, “humanitar böhran” adı altında şou yaratmağa çalışan Ermənistan və separatçı rejim bu istiqamətdə yüklərin daşınmasına maneçilik törədirdi. Eyni şəkildə erməni havadarları qismində çıxış edən ayrı-ayrı beynəlxalq təşkilatlar və dövlətlər də buna qarşı çıxır, ölkəmizin daxili işlərinə qarışmağa çalışırdılar. Sırf humanitar fəaliyyətlə məşğul olmalı olan BQXC bir dəfə də olsun Ağdam-Xankəndi yolu ilə humanitar yükün çatdırılmasına təşəbbüs göstərmədi. Əksinə BQXC üzdə məsələni dəstəkləyən kimi görünsə də, arxa planda süni şəkildə prosesi əngəlləməklə məşğul oldu. Rusiya tərəfindən göndərilən yükün iki gün ərzində Bərdədə gözləməyə məcbur qalması da bunun sübut edir”.

Politoloqun sözlərinə görə, nəhayət bu gün Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əlaqələndirilmiş şəkildə RQXC-nin yük avtomobilinin Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndiyə keçidi təmin olundu:
“Şübhəsiz ki, separatçılar tərəfindən problem və təxribatların törədilməsinə baxmayaraq, RQXC tərəfindən göndərilən yükün Azərbaycanla əlaqələndirilmiş şəkildə məhz Ağdam-Xankəndi yolu ilə keçməsini, bu yolun açılması istiqamətində müsbət addım kimi qiymətləndirmək olar.
Burada ən önəmli məqam Rusiya TIR-nın Ağdam-Xankəndi yolu ilə keçidinin Azərbaycanla razılaşdırılmasından ibarətdir. Bu həm Fransaya, həm də digərlərinə ərazilərimizə istənilən giri- çıxışın, bu humanitar yardım olsa belə, mütləq şəkildə Azərbaycanla razılaşdırılmasının vacibliyi ilə bağlı verilmiş mesajdır. Bundan sonra Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı istər Qərb, istərsə də Rusiya vasitəçiliyi ilə aparılan danışıqlarda bu məqama mütləq istinad ediləcək. Başqa sözlə desək, baş verənlər Bakının mövqelərinin daha da yaxşılaşdırılmasına əhəmiyyətli töhfə verəcək”.
Nəzrin Cavadzadə
-
Sağlamlıq12:00Yuxusuzluqdan əziyyət çəkənlər bu içkilərdən istifadə etsinlər
-
Avto11:43Ruslar kütləvi şəkildə avtomobildən imtina edirlər - SORĞU
-
Maraq dünyası11:25Nepalda möcüzə: 6 yaşlı qız 3 gün dağıntılar altında sağ qaldı - FOTO
-
MDB11:09Lukaşenko 72 yaşını qeyd edir - Putin həmkarını ağız dolusu təriflədi
-
İdman09:10Acunun klubu tarix yazır
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu























.png)











.jpg)