Qarabağ
Xankəndidə bayraq qaldırmaq, Zəngəzurda... - Ermənilər “∀” simvolunu necə anlayır?
Azərbaycan Ordusunun hərbi texnikaları üzərindəki “∀” simvolu - tərsinə A işarəsi Ermənistanda da narahatlıq yaratmağa başlayıb.
Publika.az xəbər verir ki, son günlər sosial şəbəkələrin Azərbaycan seqmentində yayılan bu görüntülər ermənilər tərəfindən ciddi qəbul edilməmiş, bunu təbliğat adlandırmışdılar. Buna səbəb isə ermənilərin bu işarənin mənasını anlamaması olub.
Erməni mediasında artıq bu işarə haqda məqalələr, fikirlər tirajlanmağa başlayıb. Onlar əsasən azərbaycanlıların “∀” işarəsinin mənası ilə bağlı qeydlərinə istinad edir və bundan dəhşətə gəldiklərini gizlətmirlər.
“Azərbaycanın hərbi karvanının maşınlarında ağ boya ilə A hərfi tərsinə yazılıb. Türkiyə mediası bunu “Naxçıvanın Azərbaycanla birləşdirilməsi” olaraq şərh edir, lakin başqa fikirlər də var. Belə ki, tərsinə A hərfinin “bütövlük, birlik” mənasını daşıdığı da deyilir.
Bu, Qarabağda Azərbaycanın qeyri-qanuni rejim adlandırdığı (separatçılar) qüvvələri məhv etmək və Azərbaycanın bütün ərazilərində bayrağı dalğalandırmaq mənasında şərh edilir. Digər fikirlərə görə, bu, Zəngəzuru azad etmək mənasındadır. Belə hesab etmək olar ki, Azərbaycanın konkret hədəfləri var və bunu simvolika ilə ifadə edir. Ermənistanda isə bunu anlamırlar”, - “hayeli” saytı tərsinə A işarəsi haqda yazıb.
Asif
-
Magazin115:12"Şəhid ailəsindən 5 min manat istəyən müğənni var"
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”


















.jpg)




















