Qarabağ
Arutyunyan sentyabrın sonuna qədər Bakıya gətirilə bilər - VİDEO
Qarabağdakı separatçıların keçmiş “başçısı” Araik Arutyunyan və keçmiş qondarma “müdafiə naziri" Cəlal Arutyunyan sentyabrın sonuna qədər Ermənistanda 44 günlük müharibəni araşdırdıran komissiyasına çağırılacaqlar.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçatryna deyib.
Bu məsələ sual yaradır: Araik Arutyunyan sentyabrın sonuna qədər komissiyanın iclasında iştirak etmək üçün İrəvana necə gedəcək? Ümumiyyətlə, gedə biləcəkmi?
Qarabağdan çıxış üçün yeganə yol Laçın sərhəd-keçid məntəqəsidir. Araik Ermənistana getmək istəsə, bu yoldan istifadə etməlidir və təbii ki, Azərbaycan sərhədçiləri tərəfindən saxlanılanacağı bəllidir. Bu o gözləntini yaradır ki, Araik Arutyunyan sentyabrın sonuna qədər Bakıya gətirilə, istintaqa cəlb edilə bilər. Hərçənd, Araik bunu bildiyi üçün komissiyanın iclasında iştirakdan imtina edəcək.
Cəlal Arutyunyan isə 44 günlük müharibədə ölümcül yaralandıqdan sonra Ermənistana aparıldığı üçün o vaxtdan İrəvandadır.
Asif
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










