Qarabağ
Erməni təxribatçılar yenə toplaşdı: Ağdam-Xankəndi yolunda son vəziyyət
Azərbaycanın Qarabağdakı erməni əhalisinə göndərdiyi humanitar yüklər Ağdam-Xankəndi yolunda gözləməyə davam edir. Bir qrup erməni təxribatçı isə separatçı-terrorçu rejimin tapşırığı ilə Ağdam yolunu bloklayıblar.
Publika.az xəbər verir ki, Rusiya yük maşınlarının Ağdam marşrutundan keçərək, Xankəndiydə getməsindən sonra erməni təxribatçılar yolu bağlamağa davam edir.
Onlar bildirir ki, bundan sonra hətta Rusiya maşınlarının da keçidinə icazə verməyəcəklər.
Erməni təxribatçı Vlad Balayan iddia edir ki, guya onlar Rusiya maşınlarını Ağdam yolundan Laçın yolunun da açılacağı vədinə görə buraxıblar: “Lakin açılmadı, ona görə də bundan sonra bir dənə də olsun Rusiya maşınını belə buradan buraxmayacağıq”.
Halbuki, erməni mənbələr Rusiya maşınlarının Ağdam yolundan keçidinin təmini üçün “qara maskalıların” orada toplaşan separatçıları döydüyünü və uzaqlaşdırdığını yazırdı. V.Balayan isə bunu təkzib edib və qeyd edir ki, yolun bloklanmasına sona qədər davam edəcəklər.
Bunun Azərbaycan yüklərinin keçidinin qarşısını almaq məqsədilə separatçıların oyunu olduğu bəllidir. Lakin Laçın yolunun da açılmayacağı və erməni əhalisinin təminatında Ağdam-Xankəndi yolunun əsas marşrut olacağı reallığı dəyişməyəcək. Bu vəziyyətdə yeganə yol separatçılara qarşı konkret addımların atılması, onların neytrallaşdırılmasıdır.
Asif
-
İdman21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin220:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin219:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya17:13Bu ərazilərə qar yağır - Faktiki hava
-
İdman16:21“Fənərbağça”nın baş məşqçisi: "Qarabağ” komandasını izləyirəm
-
Hadisə16:12DİN əməliyyatlar keçirdi, saxlanılanlar arasında İran vətəndaşı da var
-
Avropa15:35Fransada dəhşət: Yeniyetmələr məktəbi yandırdılar














.jpg)





















.jpg)