Qarabağ
Biz Ermənistanın şıltaqlığına dözmək niyyətində deyilik - Prezidentin köməkçisi
Ermənistan öz öhdəliklərindən imtina edərsə, Azərbaycan digər ölkələrlə alternativ nəqliyyat marşrutları inkişaf etdirəcək.
Publika.az xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan prezidentinin köməkçisi, prezident aparatının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Əgər Ermənistan müxtəlif bəhanələrlə öz öhdəliklərindən imtina edərsə və təcrid olunmuş vəziyyətdə qalmaq istəyirsə, o zaman Bakı gözləmək fikrində deyil və artıq regionun digər ölkələri ilə alternativ layihələr üzərində fəal işləyir. Biz logistik ehtiyaclarımızı Ermənistan hökumətinin şıltaqlığı ilə əlaqələndirməyəcəyik və regional tərəfdaşlarımızla irəliləyəcəyik”, - deyə Azərbaycan prezidentinin köməkçisi bildirib.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan ardıcıl olaraq regionda bütün nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıdır, çünki o, “sıx ticarət-iqtisadi əlaqələrin regionun sülh, sabitlik və rifahına töhfə verəcəyinə” inanır.
"Bu kontekstdə biz bu istiqamətdə irəliləyiş əldə etmək üçün böyük səylər göstərən Rusiya Federasiyasının mövqeyini yüksək qiymətləndiririk", - o deyib.
Hikmət Hacıyev onu da bildirib ki, nəqliyyat əlaqələrinin açılması ilə bağlı aparılan danışıqlarda “müəyyən durğunluq müşahidə olunur”.
O xatırladıb ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyası liderlərinin Üçtərəfli Bəyannaməsinin müddəalarından biri Zəngəzur dəhlizinin açılmasıdır ki, bu da “Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin təmin edilməsi deməkdir.
“Təxminən üç il keçsə də, sazişin bu bəndi Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib”, - deyə Azərbaycan prezidentinin köməkçisi bildirib.
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO





























.jpg)










