Qarabağ
Bakının şərtini qəbul edən separatçıların gizli hücum hazırlığı - “Qoşun” toplayırlar - VİDEO
09:06
Ağdam-Xankəndi yolundan yüklərin keçidini qəbul edən separatçılar buna paralel olaraq təxribatları da davam etdirir. Bu iki addım arasındakı ziddiyyət sual yaradır: yükləri qəbul etdikləri halda niyə hücuma hazırlaşırlar?
Separatçılar anlayır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Laçın yolu ilə yanaşı, Ağdam-Xankəndi marşrutundan da istifadə etməsi Bakının erməni əhalisinin reinteqrasiyası planında irəliləyişə doğru addımdır və növbəti mərhələdə Azərbaycan yüklərinin də ermənilərə çatdırılması reallaşacaq. Mövcud vəziyyətdə separatçılar yüklərin Bakının şərtləri çərçivəsində qəbuluna razılaşmaqla “problemləri”ni həll etmək istəyirlər, amma əsas hədəfləri qalır: erməni əhalisinin reinteqrasiyasının qarşısını almaq, öz mövcudluqlarını qorumaq;
Bunun üçün onlara Qarabağda eskalasiya lazımdır və bununla həm beynəlxalq ictimaiyyətin diqqətini bölgəyə cəlb etməyi, Azərbaycana “erməni əhalisinə qarşı silah işlətmək” ittihamını irəli sürməyi və erməni əhalisi arasında düşmənçiliyi körükləməyi planlaşdırırlar. Bununla yanaşı, hazırda rəsmi Bakı ilə erməni əhalisinin nümayəndələri arasında görüş planlaşdırılır. Separatçılar isə “tərəf” kimi çıxış etmək üçün erməni əhalisinin “nümayəndəsi” kimi özlərini qabağa verəcəklər. Hərçənd, bu görüşün Bakının istədiyi yerdə və şərtlər çərçivəsində baş tutması mümkündür. Mümkün eskalasiya separatçılara bu görüşü pozmaq üçün də lazımdır.
Artıq genişmiqyaslı təxribat hazırlıqlarının ilk elementləri aydın görünür:
- Ağdam istiqamətində yeni səngər qazmaq və mina basdırmaq cəhdləri davam edir, analoji işləri Kəlbəcər istiqamətində həyata keçirmək cəhdləri var;
- Şuşa və Ağdam istiqamətlərində ordumuza atəş açırlar;
- Ağdam istiqamətində qanunsuz silahlı dəstələrin toplaşması davam edir;
- Separatçılar silahlı dəstələrinin cəmlənməsi və digər hərəkətləri ilə bağlı videoçəkilişlərin aparılması və yayılmasını qadağan edib;
Dünən separatçıların “başçısı” Samvel Şahramanyan da qanunsuz silahlı dəstələrin “rəhbərləri” ilə görüşüb. Erməni terrorçuların qondarma “müdafiə naziri” Kamo Vardanyan Azərbaycan ordusuna qarşı atılacaq addımlardan bəhs edib. Bütün informasiyalar separatçıların genişmiqyaslı təxribat törədəcəklərini deməyə əsas verir.
Asif Nərimanlı
-
Magazin100:15Böyük bədənli model dərin dekolteli libasda belə rəqs etdi - VİDEO
-
Qoroskop00:00Üç bürc üçün dönüş nöqtəsi - Gələn həftə nələr baş verəcək?
-
Sosial25 İyul 23:12Mask dünyanın ilk trilyonçusu statusunu itirdi
-
Hadisə25 İyul 20:33Milli Yaylaq Festivalında dörd nəfər xəsarət alıb - Yeniləndi (FOTOLAR)
-
MDB25 İyul 20:15Azərbaycanla Ermənistan arasındakı münaqişənin mənşəyi bizə tam aydın idi - Tokayev
-
İdman25 İyul 19:45Kamilo Duran "Milan"a qol vurdu - VİDEO
-
Avropa25 İyul 19:39İspaniyadan presedentsiz addım - 70 min insan təxliyə edildi
-
Hadisə25 İyul 19:15Şəhid anası vəfat etdi - FOTO







.jpg)

.png)













.jpg)













