Qarabağ
BQXK-nin avtomobilləri Xankəndi istiqamətinə hərəkət edir - FOTO
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobilləri Ağdam-Xankəndi yolu vasitəsilə Xankəndi istiqamətinə hərəkət edir.
Publika.az xəbər verir ki, bu barədə "Report" məlumat yayıb.
Belə ki, BQXK-yə məxsus avtomobillər (2 minik və 1 yük) Ağdam rayonu ərazisində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidəki postu keçiblər.
Avtomobillərin içərisindəki yüklərin Qarabağda yaşayan erməniəsilli şəxslərə çatdırılması nəzərdə tutulur.
Qeyd edək ki, sentyabrın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat verib. Yaxın zamanlarda BQXK tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə hazırdır.
Daha sonra BQXK-yə məxsus 2 minik avtomobili geri qayıdıb, yük maşının isə Xankəndi istiqamətinə hərəkəti təmin olunub.
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı
-
Magazin206:16Türk ulduzlarının milyonluq sərvəti - Siyahı
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO




























.jpg)










