Qarabağ
Antiterror tədbirləri qaçılmaz oldu - Qarabağda nə baş verir? - VİDEO
Erməni terrorçular Qarabağda terror aktlarına başlayıb. Rəsmi məlumatlarda terror aktları nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının şəhid olduğu qeyd olunur. Yayılan informasiyalar “Qarabağda nə baş verir” sualını da aktuallaşdırır.
Separatçı-terrorçu rejimin təxribat hücumlarına başlayacağı gözlənilən idi. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ağdam marşrutu vasitəsilə yükləri Xankəndinə aparması separatçıların gələcək mövcudluğunu sual altına salır. Onlar mövcud problemlərini həll etmək üçün Bakının tələbi olan Ağdam-Xankəndi marşrutunun açılmasına razı olsalar da, erməni əhalisinin reinteqrasiyanın qarşısını almağa da çalışırlar. Çıxış yolu kimi isə eskalasiyanın yaranmasına səbəb olacaq terror aktlarının törədilməsini seçiblər. Eskalasiya ilə beynəlxalq diqqəti bölgəyə çəkmək, “Azərbaycan erməni əhalisinə hücum edir” iddiasını irəli sürmək və erməni əhalisi arasında düşmənçiliyi körükləmək istəyirlər. Mülki insanların və polis əməkdaşlarının şəhid olması ilə nəticələnən mina terroru da məhz bu təxribatın tərkib hissəsidir.
Bu problemin yeganə həll yolu antiterror tədbirlərinin keçirilməsi və separatizmin ləğv edilməsidir. Beynəlxalq təcrübə də təsdiq edir ki, ölkə daxilində separatçı-terrorçu qruplaşmalarının məhv edilməsi yalnız güc tətbiqi ilə mümkündür.
Separatçıların terror aktı anti-terror əməliyyatını qaçılmaz edir. 44 günlük müharibədən sonra bütün şərtlər də ərazimizdə separatizmin ləğv edilməsi, silahlı dəstələrin neytrallaşdırılması üçün heç olmadığı qədər uyğundur.
Asif
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu





























.jpg)







.jpg)


