Qarabağ
Həlak olan polis əməkdaşı ilə vida mərasimi keçirildi - FOTO
Polis serjantı Xəzər Zamanovla vida mərasimi başa çatıb.
Publika.az xəbər verir ki, mərhumun cənazəsi dəfn olunmaq üçün Yeni Günəşli qəsəbəsində yerləşən qəbiristanlığa aparılır.
xxx
Sentyabrın 19-da qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən Xocavənddə yerləşdirilən minanın partladılması ilə törədilən terror aktı nəticəsində həlak olan polis əməkdaşı Xəzər Zamanovla vida mərasimi keçirilir.
Publika.az xəbər verir ki, mərasim Bakı şəhəri Nizami rayonunda keçirilir.
Mərasimdə mərhumun yaxınları, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Qeyd edək ki, sentyabrın 19-u DİN-in əməkdaşlarının olduğu “Kamaz” markalı nəqliyyat vasitəsi həmin gün Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonundan keçən 58-ci kilometrliyində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının öldürülməsi ilə nəticələnmiş terror hadisəsinin baş verdiyi yer istiqamətində hərəkət edərkən saat 04:30 radələrində Xocavənd rayonunun Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda sülhməramlıların müvəqqəti yerləşdiyi ərazidə fəaliyyət göstərən qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən yerləşdirilmiş minaya düşərək partlamış, törədilmiş terror aktı nəticəsində DİN-in əməkdaşları olan 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsevər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olublar.
-
Ekologiya10:15Xilasedicilər 734 meyit tapdılar - 580 əcnəbi itkin düşüb
-
Avropa10:06Rusiya Estoniyanı da vuracaq? - Prezident "hazırlıq" mesajı verdi
-
MDB09:57Bu dron ukraynalıların baş ağrısına çevrildi - Ruslar ona "Knyaz Vandal" deyirlər
-
Ekologiya09:38Bu təbii fəlakət ölkələrə trilyonlarla dollar ziyan vuracaq
-
Nida Xəbər 09:27Qarabağda 4010 azərbaycanlı itkin düşüb - Onların 782-si mülki şəxslərdir
-
Avropa08:48Dəhşətli faciə: ata və oğlu peyinlə dolu çəndə həlak oldular
-
Səhiyyə08:36Botoksdan istifadənin təhlükəsi açıqlandı
-
Hadisə08:19Şəkidə itlər Niderland vətəndaşına hücum etdi - Təcili əməliyyat olundu




















.png)












.jpg)
.jpg)