Qarabağ
Separatçılar özlərini nə vaxt “buraxacaq?” - Qaçış planı hazırlanır
Qarabağda separatçıların təslim olmasından sonra təmizləmə işləri sürətlə davam edir: erməni silahlı dəstələri tərki-silah edilir, artıq onların Ermənistana getməsi üçün dəhlizlər ayrılıb, eyni zamanda, Azərbaycan vətəndaşlığını qəbul etmək istəməyən mülki ermənilərin də təhlükəsiz çıxışına şərait yaradılır;
Bu prosesdə açıq qalan suallardan biri separatçı rejimin özünü “buraxdığını” nə vaxt elan edəcəyidir?
Faktiki separatçı rejim artıq fəaliyyətsizdir, qondarma “rəhbərlərinin” səssizliyi də bunu deməyə əsas verir. Lakin açıq şəkildə özlərini “buraxdıqlarını” elan etmələri də gözlənilir. Erməni mənbələr yazır ki, silahların təhvil verilməsi, erməni hərbçilərin və getmək istəyən mülki ermənilərin Azərbaycan ərazisindən çıxışı prosesi başa çatandan sonra separatçılar açıq şəkildə özlərini “buraxacaqları”nı elan edəcəklər.
Lakin gözlənilir ki, separatçıların keçmiş və hazırki “rəhbərliyi” arasında təmsil olunanlar həbs olunmamaq üçün erməni əhalisini Ermənistana daşıyan avtobuslarda qaça bilərlər.
Asif
-
Dünya05:15Qədim elitanın uşağı: 1500 illik unikal məzar aşkar edildi - FOTO
-
ABŞ03:43Trampdan yeni təklif: "Bu ölkə ABŞ-ın 51-ci ştatına çevrilsin"
-
Magazin202:12Kayli Cenner xəz paltoda çılpaq poza verdi - FOTO/VİDEO
-
Magazin100:45Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Qoroskop00:15Günün ULDUZ FALI - Sədaqətiniz sizə işıqlı gələcək gətirəcək
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi




















.jpg)







.jpg)








