Hadisə
Azərbaycanda bu şirkət 200 min manata yaxın cərimə edildi
“A.E.S.-TRADİNG” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) cərimə olunub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, isitmə və sanitariya avadanlıqları üzrə ixtisaslaşmış “A.E.S.-TRADİNG” MMC tərəfindən 16680 avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb.
“Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinin tələblərinə baxmayaraq, ödənişin aparıldığı gündən 2 il müddətində 16680 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cu maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 16680 avro valyuta vəsaiti məbləğinin 20 faizi miqdarında, yəni 3336 avro cərimə edilib.
Qeyd edək ki, “A.E.S.-TRADİNG” MMC barəsində bundan əvvəldə iki dəfə inzibati qaydada cərimə yazılıb.
Belə ki, “A.E.S.-TRADİNG” MMC valyuta qaydalarını pozmaqda ittiham olunub və 231 220 avro məbləğində vəsait bank vasitəsilə 2024-cü ildə avans olaraq ölkə xaricinə köçürülüb. Həmin ödənişin aparıldığı gündən 2 il müddətində 231220 avro məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC həmin vəsaitin 20 faizi miqdarında, yəni 46 min avro cərimə edilib.
Bundan başqa, A.E.S.-TRADİNG” MMC tərəfindən 212 min avro məbləğində vəsait bank vasitəsilə 2024-cü il tarixində avans olaraq ölkə xaricinə köçürülüb. Həmin ödənişin aparıldığı gündən 2 il müddətində həmin vəsait hesabına alınan mallar ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Buna görə də şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə MMC barəsində inzibati xətanın bilavasitə obyekti olmuş məbləğin 20 faizi miqdarında, yəni 42,4 min avro cərimə olunub.
-
Nida Xəbər 14:15Demək, cəmiyyətdə məmura qarşı etimad yoxdur - Deputat
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!












.jpg)

.webp)

.jpg)




















