Qarabağ
Ermənilərin Qarabağı tərk etmə prosesi BAŞA ÇATDI - İRƏVAN AÇIQLADI
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli vətəndaşların öz xoşları ilə Ermənistana köçürülməsi prosesi başa çatmaq üzrədir.
Publiika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.
Son məlumatlara görə, Qarabağdan Ermənistana 100 514 erməni gedib.
"Artıq Ermənistana getmək istəyən son adamlar da aparılır. Proses məntiqi yekunlaşmaq üzrədir. İntensivlik xeyli azalıb", - deyə hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan brifinq zamanı bildirib.
O qeyd edib ki, daha bir avtobus Qarabağda yataq xəstəsi olan 15 nəfəri götürərək Xankəndidən yola salınıb.
Ermənistan tərəfinin təqdim etdiyi qeyri-dəqiq məlumatlara görə, Qarabağda 120 minə yaxın erməni yaşayırdı. Qarabağda qalan ermənilərin sayı ilə bağlı konkret məlumat yoxdur.
Hüseyn İbadlı
-
Nida Xəbər 13:35Deputatdan çağırış: Atanızın əlaqələrinə deyil, biliyinizə güvənin
-
Magazin112:42Ağadadaş Ağayev: "Oğlum məmur olmaq istədi, ona görə..."
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi




















.jpg)

















