Qarabağ
Dördü də Bakının nəzarətindədir - Qarabağdan qaça biləcəklərmi?
Qarabağda keçmiş separatçı rejimin “başçısı” Samvel Şahramanyan bir qrup şəxslə birlikdə Xankəndində olduğunu, ölən və itkin düşənlərin tapılması prosesi başa çatana qədər şəhərdə qalacağını açıqlayıb.
Proses başa çatandan sonra Şahramanyan Qarabağı tərk edə biləcəkmi?
Bu sualın cavabı hələki bəlli deyil. Təhvil-təslim prosesi başa çatana qədər – 1 yanvar 2024-cü il – Samvelin “xidməti”ndən yararlanmaq mümkündür. İstisna deyil ki, Rusiya tərəfi ona Qarabağı tərk edə biləcəyinə dair vədlər verib. Digər tərəfdən, Samvelin hazırda edə biləcəyi yeganə iş Bakının təqdim etdiyi proqram üzrə hərəkət etmək, öz qalıqlarını özü toplamaqdır. Əks təqdirdə, Qarabağdan çıxdığı yerdə həbs oluna bilər. Və bəlkə də o bütün bu “xidməti”nin qarşılığında bağışlanmağı, çıxmağına şəraitin yaradılmasını gözləyir.
Hərçənd, Şahramanyan qondarma rejimin qanunsuz “seçkiləri”nə qatılmaq və “başçı” seçilməklə Azərbaycan qanunlarını pozub və buna görə məsuliyyətə cəlb edilməlidir. Ümumiyyətlə, qondarma rejimə “rəhbərlik” etmiş bütün şəxslərin qanun qarşısına çıxarılması Azərbaycana qarşı erməni separatizminin perspektiv imkanlarına əhəmiyyətli zərbə ola bilər: Koçaryan istisna olmaqla, dördü – Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və Samvel Şahramanyan nəzarətimizdədir.
Asif Nərimanlı
-
Sosial27 Oktyabr 23:36Bu ərazilərdə işıq olmayacaq
-
MDB27 Oktyabr 23:24Rusiya Ukrayna gəmisinə zərbə endirdi
-
İdman27 Oktyabr 22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial27 Oktyabr 22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT27 Oktyabr 21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 27 Oktyabr 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin227 Oktyabr 20:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya27 Oktyabr 19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü


















.png)

.jpg)
















